Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız müqayisəyə əsaslanan anlayışdır. Məsələn, siz hal-hazırda bu kitabı oxuyursunuz. Fərz edək ki, kitabı oxumazdan əvvəl mətbəxdə yemək yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz “an” ilə “hal-hazırkı an” arasında bir müddət olduğunu düşünür və buna “zaman” deyirsiniz. Əslində isə mətbəxdə yemək yediyiniz “an” sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz “hal-hazırkı an” ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu “zaman” adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə zaman anlayışı da qalmayacaq, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.
Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o mərasimdən etibarən hafizəsindəki digər məlumatları da içində yaşamaqda olduğu an ilə müqayisə etdikdə zaman anlayışını əldə edir və hafizəsindəki məlumatlara görə bu zamanın uzunluğunu və ya qısalığını müəyyən edir. Əslində isə bu “uzunluq” və “qısalıq” tamamilə beyində əmələ gələn və bu müqayisədən qaynaqlanan hissdir.
Eyni şəkildə yerə düşən qələmi əyilib götürən və stolun üstünə qoyan birini gördükdə müqayisə edir. Gördüyü insan qələmi stolun üstünə qoyduğu anda o şəxsin qələmi əyilib götürməsi və stola doğru yeriməsini seyr edən şəxsin beynində yerləşən məlumatlardır. Zaman hissi qələmi stolun üstünə qoyan insan ilə bu məlumatlar arasında müqayisə aparılaraq ortaya çıxır.
Məşhur fizik Julian Barbour zamanın tərifini belə verir:
Zaman əşyaların mövqelərini dəyişdirmə ölçüsündən başqa bir şey deyil. Saat kəfkiri yellənir, saatın əqrəbləri hərəkət edir.
Qısaca desək, zaman beyində xatirə kimi saxlanılan bir sıra məlumatlar, daha doğrusu, görüntülər arasında müqayisə aparılması ilə mövcud olur. Əgər insanın hafizəsi olmasaydı, o insan sadəcə içində olduğu anı yaşayar, beyni bu cür şərhlər etməz və ona görə də, zaman hissi də əmələ gəlməzdi.