SONSUZ ZAMAN ALLAHIN HAFİZƏSİNDƏ QORUNUR

Maddənin əsli ilə heç vaxt təmasda olmadığımızı və gördüyümüz hər şeyin beynimizdə əmələ gələn hisslər olduğu həqiqətini tam qavraya bilməyən bəzi insanlar müxtəlif  səhv fikirlərə düşür, bu həqiqətdən səhv nəticələr çıxarırlar. Məsələn, bir qismi maddənin xəyal olduğuna dair izahları “maddə yoxdur” kimi anlayırlar. Bir qismi isə maddənin ancaq biz gördüyümüz zaman xəyal kimi mövcud olduğunu, ancaq görmədikdə yox olduğunu zənn edirlər. Bunların heç biri doğru deyil. Əvvəla, “maddə yoxdur” və ya “insanlar, ağaclar, quşlar... bunların heç biri yoxdur” demək qətiyyən doğru deyil. Çünki bunların hamısı var və hamısını Allah yaratmışdır. Ancaq Allah bütün bu varlıqları kitabın əvvəlindən bəri izah etdiyimiz kimi bizim üçün görüntü, hiss kimi yaratmışdır. Yəni, Allah bu varlıqları yaratdıqdan sonra onları öz başlarına (qaim) olan sabit varlıqlar etməmişdir. Hər birini hər an yaratmaqda davam edir. Biz görsək də görməsək də bu varlıqlar Allahın hafizəsində sonsuzluğa qədər mövcuddur. Bizdən əvvəlkilər kimi bizdən sonrakı varlıqları da Allah tək bir an içərisində onsuz da yaratmışdır. Zamanın hiss olması mövzusunda izah edildiyi kimi zamanı da Allah yaratmışdır və Allah zamandan uzaqdır. Ona görə, bizim üçün gələcəkdə var olacaq varlıqlar da əslində Allah Qatında “tək bir an” içərisində yaradılmışlar və hal-hazırda mövcuddurlar. Ancaq biz zamandan asılı olduğumuza görə onları hələ görə bilmərik.

Gələcəkdə görə biləcəyimiz və ya bizim üçün gələcəkdə mövcud olacaq varlıqlar necə Allahın hafizəsində hər an mövcuddurlarsa, keçmişdəkilər də eyni şəkildə, heç itmədən Allahın hafizəsində mövcuddurlar. Məsələn, sizin rüşeym kimi ana bətnindəki halınız, oxuma-yazmaya başladığınız bu günkü halınız, ilk dəfə qiymət vəsiqənizi əlinizə aldığınız an, ilk dəfə avtomobil istifadə etdiyiniz an, bir gün avtobusda yer verdiyiniz yaşlı qadının üzündəki təbəssümün olduğu an kimi keçmişdə yaşadığınız bütün anlarla birlikdə gələcəkdə yaşayacağınız bütün anlar da hal-hazırda Allahın hifzindədir və heç itmədən sonsuzluğa qədər qalacaqlar.

Yolda gedərkən ayağınıza ilişən daş parçası qədərdə siz hələ doğulmamış ayağınıza ilişəcəyi vaxt müəyyən edilmiş şəkildə yaradılmışdır. O daşın daha böyük qayadan qopduğu, bütün girinti-çıxıntılarının əmələ gəldiyi hər mərhələ Allah Qatında siz hələ o daş ayağınıza ilişmədən əvvəl mövcuddur. Eyni şey zibil qutusunda gördüyünüz ölü kəpənək və ya başınıza ağacdan düşən quru yarpaq üçün də keçərlidir. Kəpənəyin hələ tırtıl halından pupdan çıxmasına, qanadlarını qurutduğu andan yerdəki zibilə qarışdığı ana qədər hamısı qədərdə sonsuz başlanğıcdan məlumdur. Allah Qatında bu kəpənəyin canlı halları və ölü halı heç itmədən durur və sonsuzluğa qədər durmaqda davam edəcəkdir.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme