SİZ OTAĞIN İÇİNDƏSİNİZ, YOXSA OTAQ SİZİN İÇİNİZDƏDİR?

İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. “Mən bu otağın içində olduğuma görə deməli, bu otaq mənim beynimdə əmələ gəlmir” kimi səhv nəticəyə gəlirlər. Onları bu səhv nəticəyə aparan səbəb odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, öz bədənimiz də eyni şəkildə beynimizin içində əmələ gələn bir xəyali görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda qalan hissənizi görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduqda bu toxunma hissi də beyninizdə əmələ gəlir.Yəni, siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və bədəninizə toxunduğunuzu beyninizdə hiss edirsiniz.

Bədəniniz də beyninizdə bir görüntü olduğuna görə otaq sizin içinizdədir, yoxsa siz otağın içindəsiniz? Aydındır ki, bu sualın doğru cavabı belədir: “otaq sizin içinizdədir”. Siz beyninizdəki otaq görüntüsünün içindəki bədəninizin görüntüsünü görürsünüz.

Bunu bir başqa misalla bir az da açıqlayaq. Təsəvvür edin ki, liftin düyməsinə basdınız və lift gəldikdə yuxarı mərtəbədəki qonşunuz da liftin içindədir. Liftə mindiniz. Əslində siz liftin içindəsiniz, yoxsa lift sizin içinizdədir? Həqiqət budur: lift içindəki qonşunuzun və bədəninizin görüntüsü ilə birlikdə sizin beyninizdə əmələ gəlir.

      Beləliklə, biz heç bir şeyin “içində” ola bilmərik. Hər şey bizim içimizdə, yəni beynimizdə əmələ gəlir. Günəşin, Ayın, ulduzların və ya göydə uçan təyyarənin bizdən milyon kilometrlərlə uzaqlıqda olması da bu həqiqəti dəyişdirmir. Günəş və Ay da eynilə əlimizdə tutduğunuz bu kitab kimi sizin beyninizin içindəki kiçik görmə mərkəzində əmələ gələn xəyali görüntülərdir.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme