SIXINTI VƏ ÇƏTİNLİKLƏR DƏ YUXUDA GÖRÜLƏN XƏYALLAR KİMİDİR

Bəzi insanlar sadəcə müəyyən şeylərin beyinlərində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflasa uğrayan iş adamı əslində beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Ticarətini etdiyi əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində meydana gələn hisslərdir. Bu insan bütün pulunu itirdikdə əslində pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirmişdir. Avtomobili oğurlanan insan da yenə zehnində seyr etdiyi avtomobil xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.

Sadəcə bunlar da deyil, həyatı boyu yaşadığı bütün çətinliklər insanın beynində əmələ gəlir. Məsələn, daxili çaxnaşmanın hakim olduğu ölkədə hər an ölüm təhlükəsi altında yaşayan, düşmən əsgərlərinin hücumları ilə hər an qarşı-qarşıya gələn insan əslində beynində əmələ gələn düşmən əsgərlərinin görüntüsü ilə qarşı-qarşıyadır. Hücum zamanı yara alan, qolunu itirən insan da beynindəki qol görüntüsünü itirir, bütün ağrı hissi beynində hiss kimi əmələ gəlir. Düşmənlərinin hədə-qorxuları, kinli və təcavüzkar sözləri də beynində əmələ gələn səslərdən ibarətdir.

Beləliklə, çətinliklər, sıxıntılar, qorxu meydana gətirən hadisələr də insanın beynində meydana gələn xəyallardır. Gördüyü görüntülərin həqiqi tərəfini bilən insan içinə düşdüyü çətinliyə görə sıxıntı keçirməz, bunlara görə şikayətlənməz. Ən təcavüzkar və təhlükəli düşmənin qarşısında belə beynindəki xəyallarla qarşı-qarşıya olduğunu bilərək qorxu və ümidsizliyə qapılmaz. Hər birinin Allahın yaratdığı görüntülər olduğunu və Allahın bunları hikmətlə yaratdığını bilər. Nə ilə qarşılaşsa da, Rəbbimizə olan təslimiyyət və etibarın verdiyi rahatlıq içində olar. Belə ki, Allah bir çox ayəsində inananlar üçün qorxu və kədər olmayacağını bildirmişdir:

Şübhəsiz: “Rəbbimiz Allahdır!” - deyənlərin, sonra da möhkəm duranların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! (Əhqaf surəsi, 13)

Həyatı boyu gördüyü bütün hadisələrin, eşitdiyi bütün səslərin Allahın beynində yaratdığı görüntülərilə təmasda olduğunu bilən insan qorxmaq, boş yerə sıxılıb kədərlənmək, təşvişə düşmək yerinə bu görüntülərin və özünün Yaradanı olan, sonsuz dərəcədə mərhəmətli və şəfqətli olan Allaha təvəkkül edər.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme