QAPQARANLIQ BEYNİNİNZİN İÇİNDƏ AYDIN VƏ RƏNGARƏNG BİR GÖRÜNTÜ NECƏ ƏMƏLƏ GƏLİR?

Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beynin içində işıq yoxdur. Yəni, beynin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda işıqlı, parlaq dünyanı seyr edirsiniz. Rəngarəng  təbiət, parlaq mənzərə, yaşılın hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı,  küçədəki bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə növ geyim də daxil olmaqla hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir.

Buradakı maraqlı vəziyyəti bir nümunə ilə açıqlayaq. Qarşımızda yanan manqal alovunu düşünək. Bu manqalın qarşısına keçib onu uzun müddət izləyə bilərsiniz. Amma bu müddət boyu beynimizə manqaldan gələn işığın, parıltının və istiliyin əsli ilə heç vaxt təmasda ola bilmərik. Manqaldakı alovun işığını və istiliyini hiss etdiyimiz anda belə kəllə sümüyümüzün və beynimizin içi qapqaranlıqdır və temperaturu heç dəyişmir. Qapqaranlıq beynin içində elektrik siqnallarının rəngarəng, parıltılı, aydın görüntüyə çevrilməsi bir möcüzədir. Bu hadisə üzərində düşünən insan qarşılaşdığı əsrarəngizlik qarşısında böyük heyranlıq hissi keçirəcəkdir.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme