Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə ancaq maddənin varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, həyəcanlanma, darıxma, zövq alma, şənlənmə, mühakimə və rəy söyləmə kimi xüsusiyyətlər heç bir maddi anlayış ilə açıqlana bilməz. Materialistlər bu mövzunu “insan şüuru beynin fəaliyyətlərinin məhsuludur” deyərək məsələdən yayınmağa çalışırlar. Bu materialist elm adamlarından biri olan Francis Crick sözügedən materialist iddianı belə izah edir:
Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz və iradəniz əslində çox sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.
Əslində isə bu, nə elmi, nə də məntiqi cəhətdən müdafiə ediləcək iddia deyil. Materialistləri insan ruhuna aid xüsusiyyətlər belə bir açıqlama verməyə məcbur edən onların maddəçi rəyləridir. Maddənin fövqündə bir varlığın mövcud olması həqiqətini qəbul etməmək üçün insan zehnini maddə ilə “məhdudlaşdırmağa” çalışır və bu məqsədlə ağıl və məntiqə uyğun olmayan iddialara üz tuturlar. Elmi yazıçı John Horgan “məhdudlaşdırma” adlandırılan sözügedən materialist düşüncəyə bağlı olmasına baxmayaraq, Francis Crickin bu iddiasının qəbul edilməz olduğunu və içinə düşdüyü ziddiyyəti belə etiraf edir:
Bir tərəfdən Crick haqlıdır. Biz neyron torbasından başqa bir şey deyilik. Eyni zamanda nə qəribədir ki, nevrologiyanın kifayət etmədiyi məlum oldu. Ağlı neyronlarla açıqlamaq ağlı kvark və elektronlarla açıqlamaqdan daha çox anlayış və fayda gətirmədi. Bir çox alternativ məhdudlaşdırma (reductionaism) var. “Biz xüsusi gen paketindən başqa bir şey deyilik.” “Biz təbii seçmə ilə formalaşan uyğunlaşmalardan başqa bir şey deyilik.” “Biz fərqli sahələr üçün ayrılmış kompüter makinalarından başqa bir şey deyilik.” Crickin iddiasına bənzəyən bu fikirlərin hamısını müdafiə etmək olar, ancaq heç biri kifayət etmir.
Bu açıqlamaların əlbəttə hamısı qeyri-kafidir, hətta tamamilə məntiqsizdir. Ən qatı materialistlər belə bu həqiqəti əslində çox yaxşı anlayırlar. Belə ki, Darvinin ən yaxın dəstəkləyəni kimi tanınan materialist Thomas Huxley də “Şüur kimi bu qədər fövqəladə bir şey necə olub sinir toxumalarının bir-birilə qarşılıqlı təsirindən meydana gəlmişdir? Bu, Ələddinin lampasını əli ilə sürtdükdə içindən Cinin çıxması qədər izah edilməzdir.” deyərək şüurun neyronlararası əlaqə ilə açıqlanmasının mümkün olmadığını ifadə etmişdir.
Huxleydən dövrümüzə qədər insan şüurunun neyronlarla açıqlanmasının mümkünsüzlüyü həqiqəti dəyişməmişdir. Ancaq bunun səbəbi elmin bu sahədəki yeni tapıntılarının kifayət olmadığından irəli gəlmir. Əksinə, nevrologiya sahəsində XX əsrin xüsusilə sonlarında çox irəliləyişlər baş vermiş, bir çox qaranlıq cəhət aydınlığa çıxmışdır. Ancaq bunlar insan şüurunun əsla maddə ilə məhdudlaşmadığını, maddənin fövqündə bir həqiqətin axtarılmalı olduğunu ortaya qoyan elmi fəaliyyətlərdir. Belə ki, Almaniyanın qabaqcıl darvinist-materialist yazıçılarından biri olan Hoimar Von Ditfurth qəbul etdikləri üsul ilə şüurun açıqlanmasının mümkün olmadığını belə etiraf edir:
İzlədiyimiz təbiət tarixi və genetik irəliləyiş yolunda şüurun, ruhun, zəkanın və duyğunun nə olduğuna dair cavab verə bilmədiyimiz gün kimi aydındır. Çünki psixi-zehni ölçü ən azından bu dünyada, bu anda təkamülün gəlib çatdığı ən son həddir. Ona görə də təkamülün sonrakı mərhələ və pillələrinə yenə şüurumuzun köməyi ilə kənardan, onların üstünə çıxaraq baxa bildiyimiz halda şüurun (ruhun) özünə belə bir yaxınlaşma imkanından məhrumuq. Çünki əlimizdə şüurun özündən daha çox inkişaf etmiş yuxarı pillə yoxdur.
Amerikalı fəlsəfə və riyaziyyat elmləri doktoru William A. Dembski “Converting Matter into Mind” (“Maddəni Zehnə Çevirmək”) adlı məqaləsində insan beynindəki neyronların biokimyəvi prosesinin başa düşüldüyünü və bunun hansı zehni fəaliyyətlərlə bağlı olduğunun müəyyən edildiyini, ancaq qərar vermək, istəmək, fikir yürütmək kimi xüsusiyyətlərin “maddə ilə məhdudlaşmadığını” və şüuru araşdıran mütəxəssislərin bu məhdudlaşdırmanın qüsurunu gördüyünü belə yazır:
... Şüuru öyrənən alimlərin bu faktı (şüuru) nevroloji səviyyədə anlamaq ümidindən artıq əl çəkdiklərini görünür... Materializmə olan bağlılıq davam etsə də insan ağlını neyron səviyyəsində açıqlamaq ümidi artıq ciddi düşüncə deyil...
Şüurun materialist düşüncə tərzi ilə açıqlanması, elm inkişaf etsə də mümkün deyil, çünki beyin haqqında nə qədər məlumat əldə edilsə, zehnin maddə ilə məhdudlaşmayacağı bir o qədər də ortaya çıxır. Materialistlər insan şüurunu həqiqətən qavramaq istəyirlərsə öz yanlış düşüncələrindən əl çəkərək düşünməli və araşdırmalıdırlar. Çünki şüurun həqiqi mənasını maddə ilə açıqlamaq mümkün deyil. Şüur Allahın insanlara verdiyi ruhun funksiyasıdır.