MADDƏNİN GERÇƏYİNİN DƏRK EDİLMƏSİ İNSANLARI İMAN GƏTİRMƏYƏ YÖNLƏNDİRƏCƏKDİR

Həyatı boyu ruhuna göstərilən görüntüləri seyr etdiyinin fərqinə varan insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın qəti surətdə Allah olduğuna inanacaqlar.

Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir səbəbi də Allahın böyüklüyünü və əzəməti qavrayıb öz heçliklərini qəbul etmək istəməmələridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allahındır və Onun təzahürləridir. Tək mütləq varlıq Allahdır və Allahın yaratdığı digər varlıqlar mütləq deyil, görüntüdür. Allahın yaratdığı görüntüləri seyr edən “mən”lər, yəni insanlar hər biri Allahdan olan ruhdur.

Bu elm və bu böyük sirr başa düşüldüyü təqdirdə insanların şüurları da qəti surətdə aydınlanacaq, üzərlərindəki mənəvi pərdə ortadan qalxacaqdır. Dərk edən hər kəs Allaha könüldən təslim olacaq, Allahı çox sevəcək və Ondan çox qorxacaqdır. Bununla bərabər insanlardakı paxıllıq, lovğalıq hisslərinin yerini təvazökarlıq və utancaqlıq alacaqdır. Allahın insanlardan istədiyi də budur. Bu təəccüblə həqiqəti anlayanlar yeni dünyagörüşü qazanacaq, yeni həyata başlayacaqlar. Beləliklə, Allahın qüdrətini lazım olduğu kimi təqdir edəcəklər və “Allahı lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. (Allah Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!” (Zumər surəsi, 67) ayəsində bəhs edilən şəxslərdən olmaqdan uzaqlaşacaqlar.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme