Bu açıq həqiqəti anlayan bəzi insanların – öz ifadələri ilə - “kefi pozulur”. Fabriklərinin, evlərinin, avtomobillərinin, mallarının, övladlarının, həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta bütün kainat xəyaldır, özləri də bir “heç” olduqlarını anlayırlar. Yerdə qalan isə sadəcə “mən” dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allaha iman edir və Ona təslim olur.
İnsan bu həqiqətləri qavradıqda qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazökarlıq və acizliyini çox yaxşı anlama hissi alır. Belə bir insana dünyanın bütün zənginliyi, ən mühüm vəzifəsi də verilsə, bu insan azğınlaşmayacaq, lovğalanıb zalım olmayacaq. Heç bir vaxt Allahın ona göstərdiyi görüntüləri seyr etdiyini unutmayacaq və xəyalların içinə dalmayacaq.. Bu fövqəladə həqiqət həvəs, lovğalıq, əzəmətlə bərabər kin, nifrət, əsəb kimi mənfi hissləri də aradan qaldıracaqdır. Hər şeyin xəyal olduğunu bilən insanlar xəyallar üçün bir-birləri ilə rəqabətə girməyəcək, bir-birlərinə bu səbəbdən kin bəsləməyəcək və düşmənlik etməyəcəklər. Hər kəsin özünü sadəcə Allaha təslim etdiyi mühitdə təvazökarlıq, təslimiyyət, şəfqət, hörmət, sevgi və səmimiyyət əmələ gələcəkdir.
Bu səbəbdən insanların bu həqiqəti anlamaq istəməməyi, bu həqiqətdən qorxub qaçması çox məntiqsizdir. İmansız insanı bu həqiqətlər qorxuda bilər. Çünki bu həqiqətləri qəbul etdikdə Allahın varlığını da qəbul edəcəkdir. Ancaq imanlı insanların maddənin zehində Allahın yaşatdığı xəyali görüntü olduğu, tək mütləq varlığın isə Allah olduğu həqiqətinə böyük sevinc və əminliklə inanmalıdırlar. İmanlı insanın Allahın bu möhtəşəm sənətindən qorxaraq bunu anlamaq istəməməsi ağılsız davranış olar. Çünki həqiqət açıq-aşkar ortada ikən ağla gətirməyərək, düşünməyərək, kölgə görüntünün aydınlığına və üç ölçülü formasına aldanmağa davam etmək mənasızdır. Mömin həqiqətlərdən qorxmaz, həqiqətin gözəlliyini və dərinliyini, Allahın qüsursuz sənətinin bu sistem içərisində necə daha da möcüzəvi hala gəldiyini düşünər.