MADDƏNİN GERÇƏYİNİ BİLMƏK DÜNYA HƏVƏSİNİ YOX EDİR

Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində “kölgə varlıq” olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. Eyni zamanda həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür.  Buna görə də bu elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil. Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.

Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat problemlərini həll edə bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə bunu heç cür anlamaq istəmirlər. Bu son dərəcə “şişirdilmiş” anlayışsızlıq tərzidir. Çünki burada izah edilən mövzunun başa düşülməsi eynilə bir insanın “iki vur iki neçə edər?”, “neçə yaşın var?” kimi suallara verəcəyi cavablar qədər asandır. Dünyanı harada gördüyünü hansı elm adamından, hansı nevrologiya professorundan soruşsanız, sizə “əlbəttə, beynimdə” deyə cavab verəcəkdir. Hətta bu həqiqəti orta məktəb biologiya kitablarında belə görə bilərsiniz. Ancaq bütün bunlara baxmayaraq maddi dünyanı beynimizdə qavradığımıza dair bilik və bu biliyin insanı gətirdiyi nəticələr görməməzliyə vurulur. Elmin sübut etdiyi ən mühüm həqiqətlərdən birinin insanlardan bu qədər böyük səylə gizlədilməsi əslində böyük hadisədir. İnsanların bütün elmi həqiqətləri asanlıqla qəbul edib bu həqiqətdən bu qədər çox qorxub qaçmalarının əsas səbəbi isə budur ki, maddənin gerçəyinin öyrənilməsi bütün insanların həyata baxışlarının kökündən dəyişilməsinə səbəb olacaqdır. Maddəni və özlərini mütləq varlıq kimi qəbul edənlər və bütün həyatlarını buna bağlı quranlar bir anda özlərinin, həyat yoldaşlarının, uşaqlarının, malik olduqları bütün sərvətin sadəcə zehinlərindəki əksi ilə təmasda olduqlarını anlayacaqlar. Elə insanların bu həqiqətdən bu qədər qorxmalarının, anladıqları halda özlərini bilməməzliyə vurmalarının, ibtidai sinif şagirdinin belə asanlıqla qavraya biləcəyi həqiqəti son dərəcə anlaşılmaz etirazlarla yox etməyə çalışmalarının arxasında gizlənən səbəb bu dünya həvəslərini itirmək qorxusudur.

Mallara, övladlara, dünyanın keçici həvəslərinə çox bağlı olan biri üçün bu həqiqətən də böyük qorxu səbəbidir. Çünki bu həqiqəti anladıqda hələ ölmədən ölmüş, malını və canını təslim etmiş olacaq. Allah “Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da kin-küdurətinizi  zahirə çıxardar.” (Muhamməd surəsi, 37) ayəsi ilə insanlardan bütün mallarını istədikdə onların necə inadkarlıq göstərəcəklərini və paxıllıq edəcəklərini bildirir. Bir insan maddənin gerçəyini öyrəndikdə isə onsuz da malının, canının Allaha aid olduğunu, verəcək və ya verməməkdə israr edəcək bir şey olmadığını anlayacaq, ölməzdən əvvəl hər şeyi ilə Allaha təslim olacaqdır. Səmimi iman edənlər üçün bu bir gözəllik, şərəf və Allaha yaxın olmaq üçün vasitədir. İmansız və ya zəif imanlı insanlar isə bu gözəlliyi anlamadıqları üçün bu həqiqəti israrla inkar edərlər.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme