Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allahın onlara seyr etdirdiyi görüntülər ilə sıx təmasda olduqlarını bilən insnların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişəcək. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olacaqdır. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayacaqdır.
Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verəcəklər. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına əməl edəcəkdir. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşacaq, yaxşı və gözəl davranmaqda hər kəs bir-birilə yarışacaq. İnsanlar arasındakı mühakimə meyarları dəyişəcək, maddə dəyərini itirəcək və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaqa və təqvaya görə olacaq. Heç kim xəyalın arxasınca qaçmayacaq, hər kəs həqiqətin arxasınca gedəcəkdir. İnsanlar “kim nə fikirləşər?” təfəkkürü ilə deyil, “Allah nə etsəm məndən razı qalar?” düşüncəsilə hərəkət edəcəklər. Mal, mülk, mövqe və vəzifədən qaynaqlanan qürur, lovğalıq, təkəbbür hisslərinin yerini təvazö və acizliyini çox yaxşı anlama hissi alacaqdır. Ona görə insanlar Quranda bəhs edilən bütün gözəl əxlaq nümunələrini sevərək və istəyərək yaşayacaqlar. Sadalanan bu dəyişikliklər isə dövrümüzdəki cəmiyyətlərin bir çox problemini, təbii ki, aradan qaldıracaq.
Kiçik mənfəətlər üçün belə əsəbləşən, hirslənən, təcavüzkar olan insanların yerini hər gördüyünün xəyalı ilə təmasda olduğunu bilən, buna görə əsəb, hirs, bağırmaq kimi münasibətlərin onu alçaldacağını bilən insanlar alacaq. Beləliklə, insanlar və cəmiyyətlərə rahatlıq və etibar hakim olacaq, hər kəs həyatından və sahib olduqlarından razı qalacaqdır. Elə insanlardan gizlədilən bu həqiqətin insanlara və cəmiyyətlərə qazandıracağı nemətlərin bir qismi bunlardır. Bu həqiqətin bilinməsi, düşünülməsi və yaşanılması ilə birlikdə insanlar daha bir çox gözəlliklərə qovuşacaqlar. Bu gözəlliklərə qovuşmaq istəyən şəxslər bu böyük həqiqəti yaxşı düşünməli və anlamağa çalışmalıdırlar. Allah bir ayəsində belə bildirir:
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir... (Ənam surəsi, 104)