KEÇMİŞ VƏ GƏLƏCƏK ƏSLİNDƏ “HAL-HAZIRDA” YAŞANIR

Allah Qatında zaman olmadığı üçün bütün hadisələr tək bir anda həyata keçir və o “hal-hazırki an”dır. “Hal-hazırda” bizim üçün keçmiş və gələcək olan bütün hadisələr Allah Qatında bizim hadisələri gördüyümüzdən daha aydın və canlı şəkildə baş verir. Məsələn, Hz. Yunus hal-hazırda gəmidəki tələ nəticəsində dənizə atılır, Hz. Yusif hal-hazırda qardaşları tərəfindən quyuya atılır, hal-hazırda zindandakı ilk yeməyini yeyir, zindandan hal-hazırda çıxaraq yeriyir. Hz. Məryəm hal-hazırda Cəbrayıl ilə danışır, Hz. İsa hal-hazırda doğulur. Hz. Nuh gəmisinin ilk mismarını hal-hazırda vurur, Hz. Nuh və ailəsi hal-hazırda gəmidən Allahın onları üçün seçdiyi torpaqlara enirlər. Hz. Musanın anası onun beşiyini hal-hazırda gəmidən buraxır, Hz. Musa hal-hazırda sıx meşəlikdə Allahdan ilk vəhyini alır, dəniz hal-hazırda iki yerə yarılır, inananlar hal-hazırda dənizdən keçərkən Firon hal-hazırda ordusu ilə birlikdə boğularaq ölür. Hz. Musa hal-hazırda Xızır ilə görüşür, Xızır da yetim uşaqların divarını hal-hazırda sökür. Hz. Zülqərneyndən onları qorumaq üçün sədd inşa etməsini istəyənlər tələblərini hal-hazırda ona çatdırırlar və Hz. Zülqərneyn qiyamətə qədər deşilməz və keçilməz səddi hal-hazırda inşa edir. Hz. İbrahim atasına hal-hazırda nəsihət edir, bütpərəst tayfanın bütlərini hal-hazırda sındırır və tayfasının onu atdığı atəş Hz. İbrahimə hal-hazırda sərinlik verir. Hz. Məhəmməd (s.a.v.) hal-hazırda Cəbrayıldan vəhy alır, elə indicə Məscidül-Həramdan Əl-Əqsa Məscidinə aparılır. Lüt qövmü hal-hazırda yerlə bir olur. Cənnət əhli hal-hazırda taxtlarda oturaraq qarşılıqlı söhbət edirlər. Cəhənnəm əhli isə hal-hazırda oda atılır, böyük əzab və faydası olmayan peşmançılıq içində əzab çəkirlər. Allah bu görüntülərin hamısını “hal-hazırkı anda”, bizim bilməyimiz mümkün olmayan tam aydın şəkildə görür və eşidir. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və bütün səslər Allah Qatında hər an hazırdır və bütün canlılığı ilə hər an yaşayır. Bunların heç biri heç vaxt itmir, hər zaman Allahın hafizəsində bütün detalları ilə yaşanır.

Bu həqiqət sizin həyatınıza da aiddir. Məsələn, babanızdan sizə qalan evin bünövrəsi əslində hal-hazırda qoyulur. Atanız bu evdə hal-hazırda doğulur. Sizin ilk dəfə danışmağa başladığınız an da hal-hazırkı andır. Bu gününüzdən tam 10 il sonra yediyiniz yeməyi əslində hal-hazırda yeməkdəsiniz.

Bütün bu misalların qarşımıza bir daha çıxardığı həqiqət budur: heç bir an, heç bir kadr, heç bir hadisə, heç bir varlıq yox olmamışdır və olmayacaqdır. Necə televizorda seyr etdiyimiz bir film lentinə qeyd edilmişdirsə, müxtəlif kadrlardan ibarətdirsə və bu kadrları bizim görməməyimiz onların olmadığı mənasına gəlmirsə, bizim “keçmişdə yaşanmış” və ya “gələcəkdə yaşanacaq” dediyimiz hadisələrə də eyni şey aiddir.

Ancaq bir cəhətin səhv başa düşülməməsi çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal kimi deyil. Bunların hamısı eynilə hal-hazırda yaşadığınız an kimi canlıdır. Hər şey diri şəkildə qorunur. Biz yalnız Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş, bitmiş hadisələr kimi görürük və Allah istədiyi vaxt bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.

Bu misallardan da göründüyü kimi Allah üçün keçmiş, gələcək, indi-hamısı birdir. Elə buna görə Allaha heç bir şey gizli qalmır. Belə ki, ayədə də Rəbbimiz bu həqiqətə belə diqqət çəkmişdir:

Dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah lətifdir, (hər şeydən) xəbərdardır! (Loğman surəsi, 16)

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme