“KEÇMİŞ” ANLAYIŞI HAFİZƏMİZDƏKİ MƏLUMATLARA GÖRƏ ƏMƏLƏ GƏLİR

Biz bizə verilən təlqinə görə keçmiş, hal-hazırkı an və gələcək kimi hissələrə ayrılmış zaman kəsiklərini yaşadığımızı zənn edirik. Əslində isə “keçmiş” anlayışına malik olmağımızın tək səbəbi, daha əvvəl də bildirdiyimiz kimi, hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbin birinci sinfinə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz bu səbəbdən bunu keçmiş hadisə kimi qavrayırıq. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində keçmiş necə bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görünmüş hadisələrdirsə, gələcəkdə eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilə bilmərik.

Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşında bir insanın hafizəsində 30 illik xatirələr, hadisələr var və buna görə bu insan 30 illik  keçmişi olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30 ilə 70 yaş arasındakı gələcəyinə dair hadisələr verilsə, onda 30 yaşındakı bu insan üçün həm 30 ili, həm də 30 ilə 70 yaşı arasındakı “gələcəyi” keçmişə çevrilər. Çünki bu halda keçmişi də, gələcəyi də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görünmüş, təcrübədən keçirilmiş hadisələr olacaqdır.

Ancaq Allah bizə hadisələri müəyyən ardıcıllıqla, kiçikdən böyüyə doğru axacaq şəkildə, sanki keçmişdən gələcəyə axan zaman var imiş kimi hiss etdirdiyi üçün  bizə gələcəyimizlə bağlı hadisələri bildirmir, bunlar haqqında məlumatı hafizəmizə vermir. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allahın sonsuz hifzində bütün insanların keçmişləri və gələcəkləri var. Bu, daha əvvəl də bildirildiyi kimi, bir insanın öz həyatını artıq mövcud olan filmdən seyr etməsinə bənzəyir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə çəkmək imkanı olmayan insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme