ALLAH CƏNNƏTDƏ İSTƏYƏNƏ KEÇMİŞİ EYNİLƏ GÖSTƏRƏ BİLƏR

Cənnətdəki qul əgər istəsə, Allah ona dünya həyatından hadisələri eynilə göstərə bilər (doğrusunu Allah bilir). Məsələn, Cənnətdəki insan Allahdan ölmüş itinin canlı halını, yanmış evinin yanmadan əvvəlki halını, Titanik gəmisinin batmadan əvvəlki halını görmək istədikdə Allah ona bunların hamısını göstərəcəkdir. Həm də o ankı ən canlı hallarını. Məsələn, Titanik dənizdə səyahət edərkən, o anda ətrafda olan bütün balıqlar yenə eyni yerlərində olacaq, içində olan insanlar yenə eyni mövzuları, eyni kəlmələrlə danışacaqlar. Keçmişdə yaşamış böyük sivilizasiyalar ən ehtişamlı dövrləri ilə, quruluşları ilə, zənginlikləri ilə birlikdə görünəcəkdir. İnk mədəniyyətini görmək istəyən insan bu mədəniyyətin hər dövrünü istədiyi an görə biləcəkdir. Allahın hafizəsində hər hadisə sonsuzluğa qədər eyni canlılıqla yaşanmaqda davam etdiyi üçün insan istədiyi hər şeyi eyni ilə hazır tapacaqdır.

Allah bir ayəsində “...Orada sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.” (Fussilət surəsi, 31) deyərək Cənnətdə insanın istədiyi hər şeyə sahib olacağını bildirir. İnsanlara kədər verməyəcək, onları sevindirəcək, dünyaya aid hər görüntü və hadisəni Allah Cənnətdəki qullarına istədikləri anda göstərəcəkdir. Bu, Rəbbimizin Cənnətə layiq qulları üçün hazırladığı böyük nemətdir.

Bu mövzunun insanlar üçün əhəmiyyəti

Bu mövzu insanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki bizim gün ərzində yaşadığımız və hətta axşam olduqda belə unutduğumuz hər danışığımız, hər davranışımız, hər baxışımız, fikrimizdən keçirdyimiz hər düşüncə Allah Qatında unudulmur və eynilə mühafizə edilir. Məsələn, dostu ilə söhbət edərkən dedi-qodu edən insan buna əhəmiyyət vermir, hətta unudur. Ancaq onun dedi-qodu etdiyi an Allah Qatında sonsuzluğa qədər qalır. İçindən müsəlmanlar əleyhinə fikir keçən insanın o düşüncəsi onu düşündüyü andakı üzünün ifadəsi, içindən keçirdiyi cümlələr, Allah Qatında sonsuzluğa qədər durur. Özü ac olmasına baxmayaraq, fədakarlıq edərək dostunu doyuran insanın fədakarlığı, o andakı vəziyyəti, baxışı, düşüncələri də Allah Qatında itmədən sonsuzluğa qədər qalacaqdır. Qarşısına çıxan çətinliyə Allah rizası üçün səbr edən, ona sıxıntı verən insana gözəl söz deyən insanın gözəl əxlaqlı davranışı da heç vaxt itmədən sonsuza qədər mühafizə edilir. Allah axirət günündə hər kəsi etdiyi bu yaxşı və pis davranışlara görə sorğu-sual edəcək. İnsanların etdikləri halda unutduqları şeylər heç unudulmadan və ya  dəyişikliyə uğramadan qarşılarına çıxacaqdır. Hətta bəzi şəxslər sorğu-sual zamanı ona verilən kitabın nə qədər hərtərəfli olduğuna təəccüb edəcək və belə deyəcəklər:

Əməl dəftəri qarşılarına qoyulmuşdur. Günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görürsən. Onlar belə deyirlər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görmüşlər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

Buna görə bu həqiqətin fərqinə varan hər bir insan hər davranışının və düşüncəsinin sonsuzluqda saxlandığını, sonsuzluğa qədər Allahın hafizəsində mövcud olmağa davam edəcəyini heç unutmamalı və axirətdəki sorğu-sualdan qorxub çəkinməlidir.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme