İNSANLARIN ETDİKLƏRİ DƏ ALLAHA AİDDİR

Allahın yaratdığı kölgə varlıq olan insan Allahdan asılı olmadan bir gücə malik ola bilməz. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

Allah istəməsə, siz istəyə bilməzsiniz... (İnsan surəsi, 30)

Bəzi insanları bu çox vacib həqiqətdən xəbərsiz yaşayırlar. Onları yaradanın Allah olduğunu qəbul edir, ancaq etdikləri işlərin özlərinə aid olduğunu zənn edirlər. Əslində isə insanın hər etdiyi hərəkət Allahın izni ilə yaradılır. Məsələn, kitab yazan insan Allahın izni ilə o kitabı yazır. O kitabdakı hər cümlə, hər fikir, hər abzas Allahın istəyi ilə meydana gəlir. Allah bu çox vacib həqiqəti bir çox ayəsində bildirir. Bu ayələrdən biri “...sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” ayəsidir (Saffat surəsi, 96). Allah “...atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsində isə hər etdiyimizin Ona aid hərəkətlər olduğunu bildirir.

Allah başqa ayələrdə də peyğəmbərə möminlərdən sədəqə almasını bildirir. Ancaq ayənin davamında sədəqələri alanın əslində Özü olduğunu açıqlayır:

Onların mallarından sədəqə al. Bununla onları təmizləmiş, pak etmiş olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə surəsi, 103-104)

Böyük İslam alimi Muhyiddin Ərəbi etdiyimiz hərəkətlərin də Allaha aid olduğunu belə açıqlayır:

Ruhlara gəlincə, onların etdiyi hərəkətlərin mənbəyi də özləri deyil. Ruh və cisimləri davamlı halda hərəkətə sövq edən qüvvət ancaq Cənabı-Haqdır... Ruh və maddələr mütemayiz (ayrıca var olan) varlıqlardan və mütəayyin (bəlli, aşkar) həqiqətlərdən deyillər. İlahi hərəkətlərdən, uca varlığın müxtəlif surətlərindəndirlər. Bunun kimi sonlu və sonsuz deyilən şeylər də əslində başqa-başqa şeylər deyil, iki ayrı cəhətdən elə görünən tək bir şeydən ibarətdirlər.

Muhyiddin Ərəbinin sözündə də açıqladığı kimi bütün hərəkətləri yaradan, ruhlara bu hərəkətləri edənin özləri olduğu hissini verən Allahdır. Allah bütün ruhlarda bu hissi o qədər həqiqi yaradır ki, məsələn, daşı atan insan həqiqətən o daşı atanın özü olduğunu zənn edir. Əslində kölgə varlıq olan insan atma hərəkətini edə bilməz. Ancaq Allah insana bu hərəkətləri özü edirmiş kimi hiss etdirir. Allahın yaratmasındakı möcüzənin və qüsursuzluğun nəticəsi olaraq insan bu hissi çox hiss edir və həqiqətən daşı tutduğunu, qolunu geriyə uzadaraq sürət və güc topladığını və daşı atdığını zənn edir.

İnsan hər anında Allahdan asılı halda yaşayır, bilsə də, bilməsə də, qəbul etsə də, etməsə də, əslində Allaha boyun əymişdir. Allah bir ayəsində bunu belə bildirir:

Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər! (Rəd surəsi, 15)

Yer üzündə tanıdığınız, bildiyiniz, tarixdə yaşamış, dövrümüzdə yaşayan kim varsa, hansı mövqedə olursa olsun, nəyə sahib olursa olsun və ya nə qədər inadkar inkarçı olursa olsun bu həqiqət dəyişməz. Hər insan Allaha boyun əyən, Allahın yaratdığı, ruhundan üfürdüyü kölgə varlıqdır. Bunu bilən insanın var-dövləti, sahib olduğu elm, ünvan və ya şöhrət, mövqe və ya vəzifə ilə, bacarıqları və ya iş yerindəki uğurları ilə öyünərək qürrələnməsi mümkünsüz olur. Buna baxmayaraq, təkəbbür göstərənlər əslində böyük acizlik içindədirlər. Çünki Allah insanların özləri atdıqlarını hesab etdikləri daşı belə əslində atmadıqlarını, bunu edənin Özü olduğunu bildirmişdirsə, hələ də insanın uğurlarına görə özünə pay çıxarması çox böyük cəhalətdir.

Allah hər insanı bu yolla imtahan edir və eyni zamanda tərbiyələndirir. Bu gün bu həqiqəti dərk edə bilməyən, çox açıq olmasına baxmayaraq həqiqəti qəbul etməyənlər ölümdən sonra yenidən dirildildikdə hər şeyi bütün açıqlığı ilə görəcək və heç bir şeyə gücləri çatmadığını anlayacaqlar. Allah Onu inkar edənlərin acizliyini bir ayəsində belə bildirmişdir:

Rəbbini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç bir fayda əldə edə bilməzlər. Budur azıb uzaqlaşmaq! (İbrahim surəsi, 18)

Allah isə hər şeyə gücü çatan tək varlıqdır:

Göylərdə və yerdə nə varsa, Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir! (Təğabün surəsi, 1)

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme