Maddənin əsli haqqındakı həqiqətlər ilk dəfə kəşf edilmiş bir mövzu deyil, keçmişdə bu həqiqətin sadəcə bir fəlsəfə kimi izah edildiyi doğrudur. Ancaq dövrümüzdə bu həqiqət elmi cəhətdən sübut edilmişdir.
Tarix boyu bir çox mütəfəkkir, din və elm adamı bu mövzunu gündəmə gətirmiş, maddənin sadəcə surəti ilə təmasda olduğumuzu izah etmişdir. Məsələn, qədim yunan filosoflarından Pifaqor, Elea məktəbi, xüsusilə, “Mağara İdeyası” ilə Əflatun (Platon) kimi bir çox mütəfəkkir bu mövzunu birtərəfli açıqlamışdılar. Zərdüştlük, Buddizm, Taorizm kimi batil inancların, Yəhudilik və Xristianlıq kimi dinlərin əlimizə gəlib çatan mətnlərində də bu mövzudan bəhs edildiyi görünür. İmam Rabbani, Muhyiddin Arabi, Mövlana Cami kimi böyük İslam alimləri də maddənin əsli mövzusunu bütün açıqlığı ilə izah etmişlər. Bu mövzuda fikirlərinə yer verilməli olan digər alim İrlandiyalı din alimi və filosof Berkeleydir.
Maddənin sadəcə zehnimizdəki surətini bildiyimizi açıqlayan Berkeley dövründə yaşayan və maddəni mütləq varlıq qəbul edən materialistlər tərəfindən təzyiqlərə məruz qalmış, təhqir və iftira yolu ilə susdurulmağa çalışılmışdır. Ancaq nə Berkeley, nə də digər mütəfəkkirlər yaşadıqları dövrdə mövcud olan elmi tapıntıların çatışmazlığına görə bu fikirlərini elmi dəlillər ilə dəstəkləyə bilməmişlər. Buna görə qarşı fikirlərin təzyiqinin də təsiri ilə mövzunun tam şəkildə başa düşülməsi və ya yayılması mümkün olmamışdır. Bir qismi isə kəşf etdikləri bu mühüm həqiqəti səhv dəyərləndirmiş, həqiqətə yaxınlaşsalar da ən doğru nəticələri çıxara bilməmişlər. Bəzi bədniyyət kütlələr də bu həqiqəti təhrif etməyə çalışmışdır.