MADDƏNİN ƏSLİ MÖVZUSU TEXNİKİ HƏQİQƏTDİR

Ancaq dövrümüzdə “maddənin zehində hiss edilməsi halını bildiyimiz” fəlsəfi mövzu olmaqdan çıxmış, elmi dəlillərlə sübut edilən həqiqətə çevrilmişdir. Elm dünyasındakı irəliləyişlər insanın duyğu orqanlarının funksiyasını öyrənmişdir. Bu funksiya, kitabın əvvəlində də izah etdiyimiz kimi hər duyğu orqanı üçün eynidir: xarici aləmdən duyğu orqanlarına gələn təsirlər hüceyrələrimiz tərəfindən elektrik siqnallarına çevrilir və sinirlər yolu ilə beyindəki qavrama mərkəzlərinə çatdırılır. İnsan xarici aləmi beynindəki kiçik qavrama mərkəzlərində görür, eşidir, qoxulayır, dadır və ya hiss edir.

Bu texniki həqiqətlər bu gün hər hansı bir fiziologiya kitabında və ya orta məktəb biologiya kitablarında belə rast gəlinəcək qədər açıq həqiqətlərdir. Görüntünün və hisslərin beyində necə əmələ gəlməsi bütün tibb fakültələrində ətraflı şəkildə öyrədilir. İnkişaf edən elmlə bərabər fizika, kvant fizikası, psixologiya, nevrologiya, biologiya, tibb kimi elmlər bu həqiqətin texniki tərəflərini açıq şəkildə üzə çıxarmışdır.

Apardığı fəaliyyətləri ilə böyük marağa səbəb olan, hamısı mükafata layiq görülmüş 8 kitabın müəllifi, nəzəri fizika alimi Dr. Fred Alan Wolf elmi irəliləyişlərin, xüsusilə də, kvant fizikasında əldə edilən nəticələrin insanlara görünən dünyanın beynimizdə təmasda olduğumuz xəyali varlıqlardan ibarət olduğunu göstərdiyini belə açıqlayır:

Bütün materializmin, fiziki dünyanın, bizə məlum olan gerçəkliyin, bütün varlığın fövqündə bir şey var. Bu ənənəvi dualizmi də təkzib edir. Mən bunu mistik görüş kimi deyil, kvant fizikası kimi görürəm. Bizim ən müasir fiziki dünya anlayışımıza görə tərif edilməz dünya, mistik dünya, “xəyali” dünya ola bilər. Alman fiziki və kvant mexanikasının qabaqcıllarından Werner Heisenbergin irəli sürdüyü kimi şüuru daha fərli görürəm. Həqiqət daha çox yuxu kimidir, mən yuxuda gerçəklik görürəm. Hamımızın bir hissəsi olan, bu yuxunu əmələ gətirən varlığı və ya böyük Ruhun varlığını qəbul edirəm və bu, elmi açıqlamalarla əldə edə biləcəyimiz nəticədir.

Bu elm adamı maddi dünyanın əslində zehnimizdə qavrandığını elmi kəşflərlə görmüş və qavramış bir çox elm adamından yalnız biridir. Bu çox açıq elmi həqiqəti qəbul etməyənlərin inkar etmələrindəki səbəb isə elmi deyil, ideoloji səbəbdir. Çünki bu elm adamları böyük mühafizəkarlıqla bağlı olduqları materializmi təməlindən çökdürəcək bu həqiqəti göz görə-görə qəbul etmək istəmirlər. Belə ki, Dr. Wolf bu həqiqətin materializmi təkzib edəcəyini bildirir.

XIX əsrdə əldə edilən elmi nəticələr nəzərə alındıqda xarici aləmin beyində qavranması həqiqətini hər hansı bir fəlsəfə kimi qəbul etmək heç inandırıcı deyil. Çünki bu  fəlsəfə deyil, elmi kəşflərin açıq şəkildə göstərdiyi texniki həqiqətdir. Bu, insanların məhz içində yaşadıqları, inkar edilməz məsələdir. Dinsiz də olsa, dindar da olsa, hər insan bu mövzunu qeyd-şərtsiz bilir, inkar etməyinin də mənası yoxdur.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme