BU HƏQiQƏT DÜNYAYA EHTiRASLA BAĞLANANLARI QORXUDUR

Gördüyü işə görə mükafat alan insan beynindəki mükafatı alır. Mükafatını alarkən onu alqışlayaraq təbrik edən insanlar əslində beynində əmələ gələn insan görüntüləridir.

İnsan beynindəki kiçik ekranda əmələ gələn bu mükafatlandırma mərasimini seyr edərkən salondakı insanların, mükafatın və salonun əsli ilə beynindən kənarda təmasda ola bilməz. Çünki beynindən kənara çıxa bilməz. Bu, həmin insanın ona verilən mükafatı videokassetdən seyr etməsinə bənzəyir.

Elə insanların bu həqiqətdən böyük dəhşətlə qaçmalarının səbəbi budur. Dünya həyatına ehtirasla bağlananlar mövqe və vəzifələrinin, qazandıqları mükafatların, bank hesablarının, yaxtalarının, istiqrazlarının, onları tərifləyən, bəyənən insanların hər birinin beyinlərindəki bir görüntü olduğunu anladıqda dəhşətli qorxuya düşürlər. Bu şəkildə əldə etdikləri etibar, şöhrət və malların ehtirasla bağlanmağa dəyməyəcəyini anlayır, paxıllıq edərək bu həqiqətdən qaçırlar. Ancaq həqiqətdən nə qədər qaçsalar da, yenə də bütün həyatlarını başlarının içində keçirdikləri həqiqətini dəyişdirə bilməzlər.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme