Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-gündüz çalışmış, “hər şey alnımın təri ilə qazandım” deyən fabrik sahibinin içinə düşdüyü qafil vəziyyətdən nümunələr verərək çox vacib həqiqətdən bəhs edəcəyik.
Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə oxutduran, bir neçə avtomobil, yaxta, bir çox ev və torpaq sahəsinin sahibidir. Bu insan dünya həyatında öz fikrincə, öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi zənginliyi ilə birlikdə həm də böyük etibara malikdir. Səhərlər ona xidmət edən xidmətçilərindən tutmuş avtomobilinin qapısını açaraq qarşısında baş əyən sürücüsünə, şirkət binasına girərkən onu hörmətlə salamlayan təhlükəsizlik xidməti işçilərindən şirkətdən içəri girdiyi andan otağına qədər gedənə qədər “əmrinə hazır” şirkət işçilərinə qədər onu tanıyan hər kəsin gözündə böyük etibar, mövqe və məqam sahibidir. Çox yüksək vəzifələrdə və mühüm yerlərdə çox yaxın dostları və ətrafı var. Hər gün iclasdan-iclasa qaçır, bir çox dərnəyin və qurumun üzvü və hətta rəhbəridir. Bir gün ərzində yüzlərlə şəxsə əmr verir. Bankında və şəxsi hesabında saysız-hesabsız pulu, səhmləri, istiqrazları var. Bəzən bunları sayaraq daha da çox qürurlanır, öyünür. Xüsusilə hər şeyi tək başına, çalışaraq əldə etməsi, bütün həyatını həsr etdiyi qazancları əldə etməsi ona böyük bir rahatlıq və güvənlik hissi verir.
Bir gün dostları ilə yaxta gəzintisində bir şəxs onun yanına gəlir və ona bunları deyir: “Hal-hazırda burada gördüyün bütün insanlar, bu yaxta, dəniz, fabriklərin, evlərin, əmrin altındakı insanlar... bunların hamısının sadəcə beynində əmələ gələn görüntüləri ilə təmasda olursan. Bunların əsillərini heç vaxt görə bilməzsən. Beyninə gedən sinirlər kəsilsə, bu yaxta, yaxtadakı insanlar, onların səsləri, söhbətləri, dənizin qoxusu, içdiyin meyvə şirəsinin dadı, qısaca desək, hər şey bir anda yox olar. Bunların hamısı və sənin dünya həyatın boyu sahib olduğun hər şey zehnində meydana gəlir. Evlərinin, avtomobillərinin, yaxtanın, fabrikin, şirkətinin yuxunda sahib olduğun mallardan heç bir fərqi yoxdur. Eynilə gecə yuxunda xüsusi təyyarəndə Avropaya getdiyini görməyin ancaq səhər oyandıqda nə təyyarənin, nə də Avropada olduğunu, özünü yatağında görməyin kimidir. Bəs bu həyatım dediyin yuxundan da bir gün oyanaraq özünü tamamilə başqa bir yerdə, bu həyatına dair görüntüləri seyr edərkən görməyəcəyindən nə üçün bu qədər əminsən?”
Bu varlı insan ona danışılanlara qətiyyətlə qarşı çıxacaqdır. Ona bu həqiqətin elmi dəlilləri aydın şəkildə izah edilsə və özü bunu anlasa da, həqiqəti qəbul etmək istəməyəcəkdir. Çünki öz fikrinə görə sahib olduğu hər şeyin yuxu kimi xəyal olduğunu qəbul etməsi bütün həyatı boyu bir xəyalın arxasınca getdiyini qəbul etmək olacaqdır. Onda bu insanın öyündüyü, lovğalandığı, təkəbbürləndiyi hər şey xəyaldır. Bu, bir insanın yuxusunda varlı olub, bu xəyali zənginliyi ilə insanlara lovğalanması kimi insanı alçaldılmış və ağılsız vəziyyətə salacaq haldır. Belə olduqda bu insan artıq şirkətinə girdikdə gördüyü hörmət və etibara görə təkəbbürlənməz. Çünki ona hörmət edənlərin, qarşısında baş əyənlərin hamısı zehnində meydana gələn xəyali varlıqlardır. Ona bunu izah edərkən yaxtası qonaqlarına “öz sözü ilə” lovğalanmayacaqdır. Çünki yaxta da, yaxtadakı qonaqları da beynində əmələ gələn xəyallardır.
Ona maddənin xəyal olduğu, maddi varlığın əsli ilə heç vaxt təmasda ola bilməyəcəyi izah edilərkən ağlına bir gün əvvəl aldığı malikanəsi gələcək. Elə isə satıcıya bir-bir sayaraq verdiyi pul, satıcı, aldığı malikanə, o malikanədəki bütün malları, onu satın alaraq lovğalandığı ətrafı-hamısı zehnindədir. Necə ki, bir gecə əvvəl yuxuda hərracda qazandığı və buna görə böyük qazanc əldə etdiyini gördüsə və oyandıqda bunlardan əlində heç bir şey qalmadısa, bu həqiqi zənn etdikləri də bir yuxu kimidir.
Elə isə hal-hazırda o yaxtanın içində deyil. Yaxta onun içində, beynində əmələ gələn görüntüdür. Son dəbdəki mebellərlə döşənmiş evinə girdiyini hesab etdikdə əslində beyninin içindəki böyük bağın qapısını açır və beyninin içindəki evinə girir. Ev də, mebellər də, bağ da, bağın qapısı da zehnindədir.
Ona izah edilənlərin son dərəcə açıq həqiqətlər olduğunu anlayan bu insan bir andaca əlindəki hər şeyin əslində bir kölgə varlıq olduğunun fərqinə varır. Bütün bunlar onu yaradan Allahın ona göstərdiyi görüntülərdir. Allah onu sınamaq üçün ona bütün bunlara sahib olduğunu zənn edəcəyi bir görüntü, bir həyat yaratmışdır. O da ona bunları verənin, bu görüntülərlə nemətləndirib zəngin edənin Allah olduğunu unudaraq bunlarla azğınlaşmış, təkəbbür göstərmiş, insanlara “lovğalanaraq” onları aşağı, özünü isə üstün görmüşdür. Deməli, həyatı boyu bir xəyal üçün, yuxu kimi bir aləm üçün boş yerə həvəslənmişdir. Amma bir gün bu xəyalların içinə düşdüyü, onlarla vaxtını keçirdiyi gündə bunların heç birinin mütləq varlığı olmadığını, sadəcə Allahın var olduğunu anlamışdır.
Dünya həyatı boyu bu həqiqəti qəbul etməkdən qaçanlara, görməməzliyə vuranlara Allah bir ayəsində belə diqqət çəkir:
O öz yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur surəsi, 39)
Ayədən göründüyü kimi Allah inkar edənlərin etdikləri işləri illüziyaya, xəyala bənzədir. O insanlar bu xəyallara bağlanaraq onlardan kömək gözlədikdə bunların gerçək olmadığını, tək gerçək və mütləq olanın Allah olduğunu anlayırlar. İnsanların bu həqiqətdən bu qədər qorxmalarının və qəbul etmək istəməmələrinin səbəblərindən biri budur ki, elə bu misalda bəhs edilən insan kimi əllərindəki bütün sərvətlərinin, etibarlarının, var-dövlətlərinin bir andaca gedəcəyini anlayırlar. Burada bir cəhətə diqqətinizi çəkmək istəyirik: burada bəhs edilənlərdə “insanın malik olduğu hər şey ölümü ilə birlikdə arxada qalacaq və ona heç bir mənfəət verməyəcək” deyilir. Burada “insanın malik olduğu hər şey xəyaldır.” deyilir. Bütün həyatı boyu göstərdiyi həvəsin, özünü üzərək, çətinliklə, insanların xətrinə dəyib onları əzməyə çalışaraq əldə etdiklərinin xəyal olduğunu gördükdə boş yerə aldandığını anlayır. Qafil insanların bu cür aldanaraq yaşamaları Quranda bir çox ayədə insanlara bildirilir. Allah bir ayəsində insanların var-dövlət həvəsini və hər şeyə malik olmaq istəklərini belə bildirir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Başqa bir ayədə isə Allah dünya həyatının oyun-əyləncə və aldanma olduğunu belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İnsanlar dünya həyatında malik olduqlarını hesab etdikləri bu görüntülərin əslində xəyal olduğunu anladıqda boş yerə kədərlənib həvəsləndiklərini, boş yerə vaxt keçirib əyləndiklərini anlayırlar. Malik olduqları üçün hirslənənlər, onlar üçün insanlara acıqlanıb qışqıranlar, əsəbləşənlər, stola yumruq çırpanlar, maddənin əsli ilə heç cür təmasda ola bilmədiklərini anladıqda yuxuda insanlara hücum edən, əsəbləşən, qışqıran insan vəziyyətinə düşəcəkləri üçün bundan çox utanır və həddindən artıq peşman olurlar. Əslində onlara bu görüntüləri göstərən Allahın razı olacağı şəkildə davranmaq lazım gəldiyini dərhal anlayırlar. Bu həqiqəti qavrayanlar, yəni möminlər isə belə deyirlər:
De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)
Bu vacib cəhəti unutmaq olmaz: bu həqiqəti həyatının hər hansı bir anında qavrayan insan heç vaxt gecikmiş hesab edilməz. Çünki dərhal həyata baxışını və bütün həyatını bu həqiqətə görə nizama salaraq artıq xəyallar üçün deyil, tək mütləq varlıq olan Rəbbimiz üçün yaşamağa başlaya bilər. Allah hər zaman qullarını bağışlayandır.
Bu həqiqəti görməməzliyə vuraraq, öz fikirlərinə görə hiyləgərlik edib tək mütləq varlığın Allah olduğunu qəbul etməyənlər isə öz-özlərini böyük tələyə salmış olurlar. Allah onların bu vəziyyətini belə xəbər verir:
Onların dünyada gördükləri işlər puç olmuş və bütün əməlləri boşa çıxmışdır! (Hud surəsi, 16)
İnsan bu həqiqəti bu an qəbul etmək istəməsə və bütün malik olduqlarını mütləq varlıqlar qəbul edərək özünü aldatsa da, nəticədə ölümündən sonra dirildildikdə, yəni axirətdə hər şey çox aşkar surətdə üzə çıxacaqdır. O gün, ayədə də bildirildiyi kimi, “görmə sərrastdır” (Qaf surəsi, 22) və hər şeyi daha açıq şəkildə anlayacaqdır. Amma əgər dünyadakı həyatını xəyali məqsədlərin arxasınca qaçaraq sərf etmişsə, arzu edəcək ki, kaş ki, orada heç yaşamayaydı. “Kaş o (ölüm) qəti olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!) Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi!” (Haqqa surəsi, 27-29) deyərək həlak olacaqdır.