MADDƏNİN ARDINDAKI SİRR MÖVZUSU VƏHDƏTİ-VÜCUD DEYİL

Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər. Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnət inancına sıx bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin İbn Arabi kimi çox böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.

Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.

DÜNYA HƏYATININ BEYNİMİZDƏKİ SURƏTİLƏ TƏMASDA OLDUĞUMUZ TEXNİKİ HƏQİQƏTDİR

Yaşadığımız dünyaya aid hər cür məlumatı və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar ardıcıl proseslər nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin lazımi nöqtələrində şərh edilir. Beynimizin bu şərhi nəticəsində biz məsələn, bir kitab görürük, çiyələyin dadını alır, cökə ağaclarını qoxulayır, ipək parçaya toxunur və ya küləklə yellənən yarpaqların xışıltısını eşidirik.

Aldığımız təlqinlə hər zaman bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm-lik məsafədəki kitabı oxuduğumuzu, metrlərlə uzaqlıqdakı cökə ağaclarının qoxusunu aldığımızı, çox yüksəkliklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Əslində isə bu sadaladıqlarımızın hamısı bizim içimizdə baş verən hadisələrdir. Kitabın görüntüsündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə əmələ gəlir. Burada daha təəccüblü həqiqətlə də qarşılaşırıq: beynimizdə əslində nə rənglər, nə səslər, nə də görüntülər var. Beynimizdə ancaq elektrik siqnalları var. Bu fəlsəfi düşüncə deyil, duyğularımızın funksiyası ilə bağlı elmi izahdır. “Zehnin xəritəsini çıxarmaq” adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı belə açıqlayır:

GÖRƏN GÖZLƏRİMİZ DEYİL, GÖRÜNTÜ BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR

Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə baş aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beynin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü görüntülərə çevirir. Məsələn, biz parkda oynayan uşaqları seyr etdikdə bu uşaqları və parkı gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox səthi şəkildə izah etdiyimiz görmə prosesi əslində çox mürəkkəbdir. İşıq şuaları bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür. “Göz və beyin” kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:

QAPQARANLIQ BEYNİNİNZİN İÇİNDƏ AYDIN VƏ RƏNGARƏNG BİR GÖRÜNTÜ NECƏ ƏMƏLƏ GƏLİR?

Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beynin içində işıq yoxdur. Yəni, beynin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda işıqlı, parlaq dünyanı seyr edirsiniz. Rəngarəng  təbiət, parlaq mənzərə, yaşılın hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı,  küçədəki bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə növ geyim də daxil olmaqla hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir.

İŞIQ DA BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR

Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin görüntünün əmələ gəlməsinə səbəb olduğunu bildirdik. Ancaq burada vurğulanmalı çox vacib bir cəhət də var. Əslində beynimizin xaricində bizə məlum olan işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə bizim beynimizdə əmələ gəlir. Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda bizə məlum olan “işıq” əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:

RƏNGLƏR DƏ BEYNİMİZDƏ ƏMƏLƏ GƏLİR

Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli dünya görür, rəngarəng mühitlə təmasda oluruq. Əslində isə kainatda heç bir rəng yoxdur. Rənglər beynimizin içində əmələ gəlir. Xaricdə sadəcə fərqli dalğa uzunluqlarına malik elektrik dalğaları var. Gözümüzə çatan bu fərqli dalğa  uzunluqlarındakı enerjidir.

Yuxarıda da bildirildiyi kimi biz buna işıq deyirik, ancaq bu, bizim bildiyimiz mənada parlaq, aydın işıq deyil, sadəcə enerjidir. Beynimiz bu fərqli dalğa uzunluqlarına malik enerjini şərh etdikdə biz onları “rənglər” kimi görürük. Əslində isə nə dənizlər mavi, nə otlar yaşıl, nə torpaq qəhvəyi, nə də meyvələr rənglidir. Onlar sadəcə beynimizdə o cür qavradığımız üçün elədirlər. Şüur və beyin haqqında yazdığı kitabları ilə Daniel C. Dennet bu həqiqəti belə izah edir:

"Ortaq qənaətə əsasən elm, rəngləri fiziki dünyadan ayırmış və əvəzinə sadəcə rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları saxlamışdır."

BÜTÜN SƏSLƏRİ BEYNİMİZDƏ EŞİDİRİK

Eşitmə prosesi də eynilə görmə kimi baş verir. Başqa sözlə, xarici aləmə aid görüntüləri necə beynimizin içində görürüksə, səsləri də beynimizin içində eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayaraq qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəmələri səsin gərginliyi və sıxlığına görə elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən sonra siqnallar son mərhələdə işlənərək şərh edilmək üçün eşitmə mərkəzinə göndərilir. Beləliklə, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.

BÜTÜN QOXULAR BEYNİN İÇİNDƏ MEYDANA GƏLİR

Bir insandan qoxuları necə hiss etdiyi soruşulsa, çox güman ki, “burnumla” deyəcək. Əslində isə bəzi insanların qəti həqiqət kimi gördükləri bu cavab doğru deyil. Yale Universitetindən nevrologiya professoru olan Gordon Shepherd “Burnumuzla qoxuladığımızı düşünürük, ancaq bu sanki “qulaq mərcəyi ilə eşidirik” demək kimi bir şeydir” sözləri ilə bunun doğru olmadığını açıqlayır.

Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın funksiyasına bənzəyir. Əslində burnumuzun xaricdən görünən hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını içəri qəbul  etməkdir. Vanil və ya gül qoxusu kim uçucu molekullar burnun epitel adlanan hissəsindəki titrək tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə keçir. Qoxu molekullarının epitel bölgəsindəki əlaqəsi beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları isə beynimizdə qoxu kimi şərh edilir.

BÜTÜN DADLAR BEYİNDƏ ƏMƏLƏ GƏLİR

Dadbilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. İnsan dilinin ön tərəfində dörd müxtəlif növdə kimyəvi reseptor var, bunlar duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorları ardıcıl proseslərdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə yollayır. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh edilirlər. Hər hansı bir tortu, qatığı, limonu və ya sevdiyiniz meyvəni yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyin tərəfindən şərh edilməsidir.

Beyninizdə əmələ gələn tort görüntüsünə beyninizdə əmələ gələn şirin dad əlavə edilir və tort haqqında hər şey sevdiyiniz hala gəlir. Siz iştaha ilə tortu yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyninizdə əmələ gətirdiyi təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn oyanmaları necə şərh edirsə, siz ancaq onu bilirsiniz. Xarici aləmdəki cisimlə əsla təmasda ola bilməzsiniz; məsələn, şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz.

TOXUNMA HİSSİ DƏ BEYİNDƏ ƏMƏLƏ GƏLİR

İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni görmə, eşitmə, dadbilmə kimi hisslərin hamısının beyində əmələ gəlməsi hissini dərk etməyə mane olan ən əsas amillərdən biri toxunma hissidir. Məsələn, bu kitabı beynində gördüyünü dediyiniz insan diqqətli düşünmədikdə “beynimdə görmürəm, bax, əlimlə toxunuram” deyəcək. “Bu kitabın xarici aləmdə maddi cəhətdən necə olduğunu bilmirik, biz sadəcə kitabın beynimizin içindəki görüntüsünü görə bilirik” dedikdə yenə eyni səthi düşüncəyə malik bir insan “xeyr, bax, əlimlə tuturam və bərkliyini hiss edirəm, deməli, necə olduğunu bilirəm.” deyə cavab verəcəkdir.

BEYNİMİZDƏ ƏMƏLƏ GƏLƏN DÜNYANIN ƏSLİ İLƏ ƏSLA TƏMASDA OLA BİLMƏRİK

Bura qədər izah edilənlərdən açıq şəkildə göründüyü kimi həyatımız boyu yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana gəlir. Məsələn, kresloda oturaraq pəncərədən çölü seyr edən hər hansı bir insan kreslonun bərkliyini, döşəmənin sürüşkənliyini beynində hiss edir. Mətbəxdən gələn qəhvə qoxusu əslində mətbəxdə, yəni uzaqda deyil, beyninin içindədir. Pəncərədən gördüyü dəniz mənzərəsi, quşlar, ağaclar beynində əmələ gələn görüntülərdir. Onu qəhvəyə qonaq edən dostu və qəhvənin gözəl dadı da beynində əmələ gəlir. Qısaca desək, evində oturduğunu və pəncərədən çölü seyr etdiyini zənn edən insan əslində beyninin içindəki ekrandan salonunu, pəncərədən görünən mənzərəni seyr edir. Belə ki, insan beynindəki ekranda seyr etdiyi, mənalı şəkildə cəm edilən hisslərinin bütününə “həyatım” deyir və heç bir zaman beynindən kənara çıxa bilməz.

UZAQLIQ HİSSİ DƏ BEYİNDƏ ƏMƏLƏ GƏLƏN BİR DUYĞUDUR

Avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə insanların böyük bir qismi gördükləri bu mənzərənin beyinlərində əmələ gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması mümkün deyil.

Görüntünu bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələr o qədər qüsursuz şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız, ancaq əslində sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxar.

SİZ OTAĞIN İÇİNDƏSİNİZ, YOXSA OTAQ SİZİN İÇİNİZDƏDİR?

İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. “Mən bu otağın içində olduğuma görə deməli, bu otaq mənim beynimdə əmələ gəlmir” kimi səhv nəticəyə gəlirlər. Onları bu səhv nəticəyə aparan səbəb odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, öz bədənimiz də eyni şəkildə beynimizin içində əmələ gələn bir xəyali görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda qalan hissənizi görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduqda bu toxunma hissi də beyninizdə əmələ gəlir.Yəni, siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və bədəninizə toxunduğunuzu beyninizdə hiss edirsiniz.

SÜNİ ŞƏKİLDƏ ƏMƏLƏ GƏTİRİLƏN HİSSLƏR

Yazıçı Rita Carter “Mapping the Mind” adlı kitabında “görmək üçün gözlərə ehtiyac yoxdur” deyərək elm adamları tərəfindən həyata keçirilən çox əhəmiyyətli təcrübəyə yer verir. Təcrübədə görmə qabiliyyyətindən məhrum olan şəxslərə video rəsmləri titrəşmələrə çevirən cihaz birləşdirilmişdir. Bu şəxslərin gözlərinin yanına taxılan kamera isə oyanmaları həmin şəxsin beyninə göndərirdi. Beləliklə, bu  şəxs davamlı şəkildə vizual dünyadan siqnalları qəbul edə bilirdi. Xəstələr bir müddət sonra həqiqətən görən insan kimi davranmağa başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün linza vardı. Bu linza xəstəyə xəbər verilmədən işə salındıqda, xəstə görüntü böyüyərək üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumağa çalışmışdır. Bu təcrübədən də göründüyü kimi hisslərimizin əmələ gəlməsi üçün süni şəkildə əmələ gətirilən hisslər də kifayətdir.

YUXUDA YAŞADIĞIMIZ “HİSSLƏR DÜNYASI”

İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, siqnalların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çox insanın olduğu yerdə, təhlükədə görə bilər. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilər. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini həqiqətən təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nələr hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə zehnindən kənarda gördüklərinin heç biri yoxdur.

SÜNİ ŞƏKİLDƏ ƏMƏLƏ GƏTİRİLƏN DÜNYALARA DİGƏR NÜMUNƏLƏR

“Xarici dünya” olmadan hisslərin çox həqiqi şəkildə yaşana biləcəyinə dair dövrümüzün texnologiyasında da çox əhəmiyyətli nümunələr var. Xüsusilə son illərdə böyük irəliləyiş göstərən “xəyali gerçəklik” anlayışı çox diqqət çəkir.

Xəyali gerçəklik ən sadə formada kompüterdə canlandırılan üç ölçülü görüntülərin bəzi cihazlar vasitəsilə insanlara “gerçək dünya” kimi göstərilməsidir. Bu gün bir çox sahədə fərqli məqsədlərlə istifadə edilən bu texnologiya bu  səbəbdən “süni həqiqət”, “xəyali dünyalar”, “xəyali mühit” kimi də adlandırılır. Xəyali gerçəkliyin ən əhəmiyyətli xüsusiyyəti odur ki, xüsusi alətlər istifadə edən  şəxs gördüyü görüntünü həqiqi zənn edir, hətta bu görüntünün içinə dalır. Ona görə son illərdə xəyali gerçəklik ifadəsinin ingiliscə qarşılığının əvvəlində “immersive” sözü də istifadə edilir və bu  sözün mənası “batırmaq, qərq etmək, içinə dalmaq”dir. (İmmersive Virtual Reality: Daldıran Xəyali Gerçəklik).

HİPNOZUN GÖSTƏRDİYİ VACİB HƏQİQƏT

Süni siqnallarla bir dünya əmələ gətirilməsi həqiqətinə ən yaxşı nümunələrdən biri də hipnozdur. Məlumdur ki, hipnozda hipnoz edilən şəxsin təlqinlər vasitəsilə həqiqisindən ayırd edilməyəcək qədər inandırıcı bir sıra hadisələri yaşaması təmin edilir. Sözügedən şəxs olduğu otaqda olmayan görüntüləri, adamları və ya mənzərələri görür, səsləri eşidir, qoxuları və dadları bilir. Bu müddətdə yaşadığı hadisələrdən sevinir, kədərlənir, həyəcanlanır, sıxıntı, təşviş keçirir. Hətta hipnoz altındakı şəxsin yaşadığı hadisələrin təsiri kənardan fiziki cəhətdən də müşahidə olunur, verilən təlqinlə əlaqədar nəbzin vurması, təzyiqin yüksəlməsi, dərisində qızartı əmələ gəlməsi, temperaturunun qalxması, mövcud ağrını hiss etməməsi kimi əlamətlər meydana gəlir.

BÜTÜN BU HİSSLƏRİ YAŞAYAN KİMDİR?

Bura qədər olan bölmələrdə həyatımıza aid bütün hisslərin beynimizdə əmələ gəldiyini nəzərdən keçirdik. Burada bir az diqqətlə düşünən hər insanın soruşacağı çox vacib sual ilə qarşılaşırıq.

Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil.

Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq yerdə gözə, tor qişaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyacı olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü bu mənzərədən zövq alan kimdir?

BU GÖRÜNTÜLƏRİ RUHUMUZA SEYR ETDİRƏN KİMDİR?

Ruhumuz beynimizdə əmələ gələn görüntüləri seyr edir. Bəs bu görüntüləri əmələ gətirən kimdir? Qapqaranlıq beynimizin içində işıqlı, rəngarəng, aydın, kölgəli görüntüləri əmələ gətirən, elektrik siqnallarından kiçik bir yerdə böyük dünyanı meydana gətirən beyin ola bilərmi? Beyin nəm, yumşaq, qırışlı bir ət parçasıdır. Belə bir ət parçası ən qabaqcıl texnologiya ilə istehsal edilmiş televizorlardan daha aydın, heç bir pozulma və ya tutqunluq olmayan, rəngləri son dərəcə canlı olan aydın görüntü əmələ gətirə bilərmi? Beyin kimi təqribən 1.5 kq ağırlığındakı ət parçasının bu qədər qüsursuz hisslər əmələ gətirə bilməsi, əlbəttə, mümkün deyil.

Burada bir həqiqətlə də qarşılaşırıq. Ətrafımızda gördüyümüz hər şeylə birlikdə sahib olduğumuz bədənimiz, əlimiz, qolumuz, üzümüz kölgə varlıq olduğuna görə, beynimiz də kölgə varlıqdır. Elə isə görüntü olan varlığın görüntü meydana gətirdiyini deyə bilmərik.

MATERİALİZMİN QARŞILAŞDIĞI ƏN ƏSAS MÜƏMMALARDAN BİRİ: İNSAN ŞÜURU

Materialist fəlsəfə insan şüurunu, yəni insanın ruhuna aid xüsusiyyətlərin mənbəyini əsla açıqlaya bilməz. Çünki materialist fəlsəfədə ancaq maddənin varlığına inanılır. İnsanın ruhuna aid şüur, düşünmə, qərar vermə, sevinmə, həyəcanlanma, darıxma, zövq alma, şənlənmə, mühakimə və rəy söyləmə kimi xüsusiyyətlər heç bir maddi anlayış ilə açıqlana bilməz. Materialistlər bu mövzunu “insan şüuru beynin fəaliyyətlərinin məhsuludur” deyərək məsələdən yayınmağa çalışırlar. Bu materialist elm adamlarından biri olan Francis Crick sözügedən materialist iddianı belə izah edir:

Sevincimiz, kədərimiz, xatirələrimiz və istəklərimiz, şəxsiyyətinizlə bağlı hissləriniz və iradəniz əslində çox sayda sinir hüceyrəsinin və onlara bağlı molekulların birlikdə həyata keçirdiyi hərəkətlərdən başqa bir şey deyil.

MATERİALİSTLƏRƏ SUALLAR

İnsanların düşüncələrinin, mühakimə və rəy bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının beyinlərindəki neyronların bir-birilə qarşılıqlı təsiri olduğunu irəli sürmək son dərəcə məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Lashley insan şüurunu maddə ilə məhdudlaşdırmağın mümkünlüyünü uzun illər müdafiə etməsinə baxmayaraq karyerasının sonlarında bu fikri söyləmişdir:

Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələlərilə məşğul olan nevroloqlar üçün hələ də problemdir... Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir?

MADDƏNİN GERÇƏYİ NƏ ÜÇÜN VACİB MÖVZUDUR?

İnsanların gördükləri, eşitdikləri, toxunduqları, qoxuladıqları və mütləq varlıq hesab etdikləri hər şeyin əslində hisslərdən ibarət olması və həyatımız boyu sadəcə xəyali görüntülərlə təmasda olmağımız eynilə kainatın yoxdan var edilməsi, sonsuzluğun varlığı, öldükdən sonra sonsuz həyat üçün yenidən dirildiləcəyimiz kimi qeyri-adi bir vəziyyətdir. Allah qüsursuz və saymaqla bitməyəcək qədər çox detala malik olan kainatı hər an, qüsursuz şəkildə yaratmaqdadır. Hətta bu yaratma o qədər qüsursuzdur ki, yer üzündə bu günə qədər mövcud olmuş bir çox insan bu kainatın və gördükləri hər şeyin xəyal olduğunu anlaya bilməmiş, daima maddənin əsli ilə təmasda olduqlarını düşünmüşlər.

MADDƏNİN GERÇƏYİ TƏK MÜTLƏQ VARLIĞIN ALLAH OLDUĞUNU GÖSTƏRİR

Bu elmin göstərdiyi ən vacib məsələlərdən biri tək mütləq varlığın Allah olduğu həqiqətidir. Materialist fəlsəfələrin təsirinə düşərək maddənin mütləq varlıq zənn edən bəzi insanlar Allahın varlığını və harada olduğunu izah edərkən son dərəcə səhv və cahil üslub istifadə edirlər. Məsələn, “Allah haradadır?” sualına “Mənə ağlını göstər, göstərə bilməzsən. Elə Allah da ağıl kimi bir həqiqətdir, ancaq görünmür” deyərək cahil cavab verirlər. Bəziləri isə (Allahı tənzih edirik) öz ağıllarına görə Allahı xəyal kimi göstərir, Allahın varlığını radio dalğalarına bənzədirlər (Allahı tənzih edirik). Onların batil fikirlərinə əsasən özləri və sahib olduqları hər şey mütləq varlıqlardır və Allahın varlığı isə bu maddi varlıqları radio dalğaları kimi əhatə edir. Əslində isə xəyal olan özləri və sahib olduqlarıdır. Tək mütləq varlıq isə Allahdır. Allahın varlığı hər şeyi əhatə etmişdir. İnsan isə heç cür mütləq varlıq olmayacağı üçün görüntüdür.

İNSANLARIN ETDİKLƏRİ DƏ ALLAHA AİDDİR

Allahın yaratdığı kölgə varlıq olan insan Allahdan asılı olmadan bir gücə malik ola bilməz. Allah bir ayəsində bu həqiqəti belə bildirir:

Allah istəməsə, siz istəyə bilməzsiniz... (İnsan surəsi, 30)

Bəzi insanları bu çox vacib həqiqətdən xəbərsiz yaşayırlar. Onları yaradanın Allah olduğunu qəbul edir, ancaq etdikləri işlərin özlərinə aid olduğunu zənn edirlər. Əslində isə insanın hər etdiyi hərəkət Allahın izni ilə yaradılır. Məsələn, kitab yazan insan Allahın izni ilə o kitabı yazır. O kitabdakı hər cümlə, hər fikir, hər abzas Allahın istəyi ilə meydana gəlir. Allah bu çox vacib həqiqəti bir çox ayəsində bildirir. Bu ayələrdən biri “...sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” ayəsidir (Saffat surəsi, 96). Allah “...atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsində isə hər etdiyimizin Ona aid hərəkətlər olduğunu bildirir.

MADDƏNİN GERÇƏYİNİN DƏRK EDİLMƏSİ İNSANLARI İMAN GƏTİRMƏYƏ YÖNLƏNDİRƏCƏKDİR

Həyatı boyu ruhuna göstərilən görüntüləri seyr etdiyinin fərqinə varan insanlar həm ruhlarını, həm də fasiləsiz davam edən bu görüntüləri yaradanın qəti surətdə Allah olduğuna inanacaqlar.

Bəzi insanların maddənin sirrini qəbul etməməkdə israr etməsinin bir səbəbi də Allahın böyüklüyünü və əzəməti qavrayıb öz heçliklərini qəbul etmək istəməmələridir. Amma bu insanlar qəbul etmək istəməsələr də, ortada mübahisəsiz bir həqiqət var: göylərdə və yerdə olanların hamısı Allahındır və Onun təzahürləridir. Tək mütləq varlıq Allahdır və Allahın yaratdığı digər varlıqlar mütləq deyil, görüntüdür. Allahın yaratdığı görüntüləri seyr edən “mən”lər, yəni insanlar hər biri Allahdan olan ruhdur.

MADDƏNİN GERÇƏYİNİ BİLMƏK DÜNYA HƏVƏSİNİ YOX EDİR

Bu bölməyə qədər izah etdiyimiz mövzu həyatınız boyu sizə izah edilmiş ən böyük həqiqətlərdən biridir. Çünki bütün maddi dünyanın əslində “kölgə varlıq” olduğunu sübut edən bu mövzu Allahın varlığının və yaratmasının dərk edilməsinin, Onun yeganə mütləq varlıq olmasının başa düşülməsinin açarıdır. Eyni zamanda həm insanın nə qədər aciz olduğunun elmi və inkaredilməz sübutu, həm də Allahın möhtəşəm sənətinin təzahürüdür.  Buna görə də bu elm insanları qəti şəkildə imana gətirir, iman gətirməmək isə mümkün deyil. Bəzi insanların bu həqiqətdən qaçmasının əsas səbəbi də budur.

Burada izah edilənlər eynilə fizika qanunu və ya kimya formulu qədər qəti həqiqətlərdir. İnsanlar lazım gəldikdə ən çətin riyaziyyat problemlərini həll edə bilir, başa düşülməsi çətin görünən bir çox məsələni qavraya bilirlər. Amma eyni şəxslərə insanların həyatları boyu zehinlərində əmələ gələn görüntülərlə təmasda olduqları, maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəkləri izah edildikdə bunu heç cür anlamaq istəmirlər. Bu son dərəcə “şişirdilmiş” anlayışsızlıq tərzidir.

BEYİNDƏ BİR GÖRÜNTÜ OLAN FABRİK, YAXTA VƏ TORPAQ SAHƏLƏRİNİN - ÖZLƏRİNİ BOŞ YERƏ ÜZƏN - SAHİBLƏRİ

Bu bölmədə həyatı boyu varlı olmaq istəmiş, gənc yaşından etibarən gecə-gündüz çalışmış, “hər şey alnımın təri ilə qazandım” deyən fabrik sahibinin içinə düşdüyü qafil vəziyyətdən nümunələr verərək çox vacib həqiqətdən bəhs edəcəyik.

Burada haqqında danışacağımız şəxs orta yaşlı, uşaqlarını yaxşı məktəblərdə oxutduran, bir neçə avtomobil, yaxta, bir çox ev və torpaq sahəsinin sahibidir. Bu insan dünya həyatında öz fikrincə, öyünə biləcəyi hər şeyə malikdir. Yenə öz fikrinə görə, dünya həyatında bir insanın arzuladığı hər şeyi əldə etmişdir. Maddi zənginliyi ilə birlikdə həm də böyük etibara malikdir. Səhərlər ona xidmət edən xidmətçilərindən tutmuş avtomobilinin qapısını açaraq qarşısında baş əyən sürücüsünə, şirkət binasına girərkən onu hörmətlə salamlayan təhlükəsizlik xidməti işçilərindən şirkətdən içəri girdiyi andan otağına qədər gedənə qədər “əmrinə hazır” şirkət işçilərinə qədər onu tanıyan hər kəsin gözündə böyük etibar, mövqe və məqam sahibidir. Çox yüksək vəzifələrdə və mühüm yerlərdə çox yaxın dostları və ətrafı var.

MADDƏNİN GERÇƏYİNİ DƏRK EDƏNLƏRİN İTƏN TƏKƏBBÜRÜ

Bu açıq həqiqəti anlayan bəzi insanların – öz ifadələri ilə - “kefi pozulur”. Fabriklərinin, evlərinin, avtomobillərinin, mallarının, övladlarının, həyat yoldaşlarının, yaxınlarının, vəzifələrinin sadəcə beyinlərindəki surətləri ilə təmasda olduqlarını anladıqda Allah qarşısındakı acizlikləri və gücsüzlükləri də açıq şəkildə sübut edilmiş olur. Həm özləri, həm malik olduqları şeylər, hətta bütün kainat xəyaldır, özləri də bir “heç” olduqlarını anlayırlar. Yerdə qalan isə sadəcə “mən” dedikləri ruhlarıdır. Bu ruhu da onlara verən Allah olduğu üçün bu şəxs əvvəlcədən imansız da olsa, qəti şəkildə Allaha iman edir və Ona təslim olur.

BU HƏQiQƏT DÜNYAYA EHTiRASLA BAĞLANANLARI QORXUDUR

Gördüyü işə görə mükafat alan insan beynindəki mükafatı alır. Mükafatını alarkən onu alqışlayaraq təbrik edən insanlar əslində beynində əmələ gələn insan görüntüləridir.

İnsan beynindəki kiçik ekranda əmələ gələn bu mükafatlandırma mərasimini seyr edərkən salondakı insanların, mükafatın və salonun əsli ilə beynindən kənarda təmasda ola bilməz. Çünki beynindən kənara çıxa bilməz. Bu, həmin insanın ona verilən mükafatı videokassetdən seyr etməsinə bənzəyir.

SIXINTI VƏ ÇƏTİNLİKLƏR DƏ YUXUDA GÖRÜLƏN XƏYALLAR KİMİDİR

Bəzi insanlar sadəcə müəyyən şeylərin beyinlərində meydana gələn görüntülər olduğunu düşünərək bəzi hadisələrdə bu həqiqəti unudurlar. Əslində isə baş verən hadisənin nə olduğundan asılı olmayaraq, insan həyatının hər anında beynindəki xəyali görüntüləri yaşayır. Məsələn, iflasa uğrayan iş adamı əslində beynindəki iş yeri görüntüsündə, beynində əmələ gələn insan görüntüləri ilə təmasda olur. Ticarətini etdiyi əşyanın, bu əşyanın əvəzində aldığı pulun hamısı zehnində meydana gələn hisslərdir. Bu insan bütün pulunu itirdikdə əslində pulun görüntüsünü itirir. İş yeri və bütün əşyaları müsadirə edilən insan beynində əmələ gələn əşya və iş yeri görüntülərini itirmişdir. Avtomobili oğurlanan insan da yenə zehnində seyr etdiyi avtomobil xəyalını itirmişdir. Həyatı boyu bir an belə təmasda olmadığı, amma buna baxmayaraq, sahib olduğu görüntünü artıq görə bilmir.

MADDƏNİN GERÇƏYİ GİZLƏDİLMƏDİKDƏ ƏMƏLƏ GƏLƏCƏK MÜHİT

Maddənin əsli ilə təmasda olmadıqlarını, yalnız Allahın onlara seyr etdirdiyi görüntülər ilə sıx təmasda olduqlarını bilən insnların bütün həyatları, həyata baxışları və mühakimə meyarları da dəyişəcək. Bu, həm şəxsi, həm də ictimai mənada faydalı dəyişiklik olacaqdır. Çünki bu həqiqəti görən insan Allahın Quranda bildirdiyi üstün mömin əxlaqını asanlıqla yaşayacaqdır.

Dünyaya əhəmiyyət verməyən, maddənin xəyal olduğunu anlayan insanlar mənəviyyata əhəmiyyət verəcəklər. Allahın hər an onu eşitdiyini və gördüyünü bilən, etdiyi hər hərəkətə görə axirətdə hesab verəcəyini dərk edən şəxs, təbii ki, gözəl əxlaqlı olacaq, Allahın əmr və qadağalarına əməl edəcəkdir. Beləliklə, cəmiyyətdə hər kəs bir-birinə qarşı sevgi və hörmətlə yanaşacaq, yaxşı və gözəl davranmaqda hər kəs bir-birilə yarışacaq. İnsanlar arasındakı mühakimə meyarları dəyişəcək, maddə dəyərini itirəcək və beləliklə, insanlar arasında üstünlük mövqe və vəzifəyə görə deyil, əxlaqa və təqvaya görə olacaq.

MADDƏNİN GERÇƏYİNİN BİLİNMƏSİ MATERİALİZMİN SONUDUR

Həyatımız boyu maddənin əsli ilə təmasda olmadığımız həqiqətindən ən çox qorxu və təşvişə düşənlər, əlbəttə, materialist fəlsəfəyə bağlananlardır. Bunun səbəbini daha yaxşı görmək üçün materializmin ümumi tərifinə baxmaq kifayətdir. Materialistlərin öz mənbələrində materializmin azğın fəlsəfəsi belə tərif edilir:

Materializm dünyanın əzəli və əbədiliyini (əvvəli və sonu olmadığını), Tanrı tərəfindən yaradılmadığnı və zaman və məkanda sonsuzluğunu qəbul edir.

Meydan Larousse Ensiklopediyasının 8-ci cildində isə materialist fəlsəfə belə tərif edilir:

Materializm “maddə”dən başqa hər hansı bir cövhərin varlığını qəbul etməyən təlimdir. Bütün həqiqətlərin cövhərini və əsasını ruhun meydana gətirdiyini söyləyən “ruhçuluğun” əksidir...

ZAMAN DA HİSSDİR

Buraya qədər mütləq varlıq zənn edilən maddənin əsli ilə heç vaxt təmasda ola bilməyəcəyimiz və hər insanın sadəcə beynindəki xəyali görüntülərlə təmasda olduğu açıqlandı. Bu qeyri-adi həqiqətin bütün dünyada Allah sevgisi və qorxusunun artması, mənəviyyatın və gözəl əxlaqın yayılması, materializmin çökməsi üçün nə qədər böyük əhəmiyyətə malik olduğu bildirildi.

Materialistlərin maddə kimi əzəli və mütləq varlıq zənn etdikləri başqa məfhum isə zamandır. Ancaq maddə kimi zaman da hissdir və əzəli deyil, yaradıldığı bir an var. Dövrümüzdə elmi dəlilləri ilə üzə çıxarılan bu həqiqət Quranda bir çox ayə ilə də bildirilmişdir.

ZAMAN BİR ANI DİGƏR AN İLƏ MÜQAYİSƏ ETDİKDƏ ORTAYA ÇIXAN BİR MƏFHUMDUR

Zaman tamamilə bizim hisslərimizə və hisslərimiz arasında apardığımız müqayisəyə əsaslanan anlayışdır. Məsələn, siz hal-hazırda bu kitabı oxuyursunuz. Fərz edək ki, kitabı oxumazdan əvvəl mətbəxdə yemək yeyirdiniz. Elə mətbəxdə yemək yediyiniz “an” ilə “hal-hazırkı an” arasında bir müddət olduğunu düşünür və buna “zaman” deyirsiniz. Əslində isə mətbəxdə yemək yediyiniz “an” sizin hafizənizdəki məlumatdır və siz içində olduğunuz “hal-hazırkı an” ilə hafizənizdəki məlumat arasında müqayisə aparır və bunu “zaman” adlandırırsınız. Bu müqayisəni aparmadığınız təqdirdə zaman anlayışı da qalmayacaq, insan üçün sadəcə içində olduğu an mövcud olacaqdır.

Məsələn, şagirdin son zəng mərasimi hafizəsindəki məlumatdır. İnsan o mərasimdən etibarən hafizəsindəki digər məlumatları da içində yaşamaqda olduğu an ilə müqayisə etdikdə zaman anlayışını əldə edir və hafizəsindəki məlumatlara görə bu zamanın uzunluğunu və ya qısalığını müəyyən edir. Əslində isə bu “uzunluq” və “qısalıq” tamamilə beyində əmələ gələn və bu müqayisədən qaynaqlanan hissdir.

ZAMANIN HİSS OLMASI BARƏSİNDƏ ELM ADAMLARININ DÜŞÜNCƏLƏRİ

Zamanın hərəkət edən cisimlər və meydana gələn dəyişikliklər arasında apardığımız müəyyən ardıcıllıqdan əmələ gələn anlayış olması həqiqəti bu gün elmi cəhətdən də qəbul edilmişdir. Bu barədə fikir bildirən mütəfəkkir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı açıqlamağa çalışaq.

“The End of Time” (Zamanın Sonu) adlı kitabında zamansızlıq və sonsuzluq haqqında açıqlamaları ilə elm dünyasında böyük əks-səda doğuran fizik Julian Barbour zamanın hiss olmasının bir çox insan üçün qəbul edilməsi çətin olan həqiqət olduğunu bildirir. “Discover” jurnalında Barbour ilə aparılan müsahibədə zaman hissi üçün şərhləri verir:

“Mən hələ qəbul etməkdə çətinlik çəkirəm” deyir (Barbour). Ancaq qabaqcadan kainatı anlamaq üçün heç bir zaman etibarlı yol göstərici olmamışdır. Kopernik Günəşin Yerin ətrafında dönmədiyini ilk dəfə söylədiyindən bəri fiziklər hisslərimizi çaşdırdılar. Buna baxmayaraq, Yer 67000 mil/saat sürətlə boşluqda fırlanarkən ən kiçik hərəkəti belə hiss etmirik. Barbour zamanın keçdiyinə dair hissimizin “Düz Yer Cəmiyyətinin” (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia edir.

ZAMANIN NİSBİ ANLAYIŞ OLMASI QURANDA BİLDİRİLMİŞDİR

Zamanın mütləq həqiqət deyil, nisbi hiss olması müasir elmin kəşfləri ilə qətiləşmişdir. Elmin XX əsrdə kəşf etdiyi bu həqiqətin Quranda 1400 il əvvəl bildirilməsi isə çox böyük möcüzədir.

Allah bir çox ayəsində dünya həyatının çox qısa olduğunu vurğulayır. Bir insanın təxminən 60 illik ömrünün ayələrdə “günün bir saatı” qədər qısa olduğunu Rəbbimiz belə bildirir:

O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükür edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, (dünyada) çox az qaldınız! (İsra surəsi, 52)

Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)

ZAMANIN NİSBİLİYİ QƏDƏR GERÇƏYİNİ DƏ AÇIQLAYIR

Zamanın nisbiliyi ilə bağlı açıqlamalardan və ayələrdən göründüyü kimi zaman hiss ilə bağlı dəyişən, qeyri-sabit  anlayışdır. Məsələn, bizim üçün milyonlarla il davam edən zaman kəsiyi Allah Qatında bir andır. Bizim üçün 50 min illik müddət mələklər və Cəbrayıl üçün bir gündür.

Bu həqiqətin bilinməsi qədər mövzusunun qavranması üçün çox vacibdir. Çünki qədər Allahın keçmiş və gələcək bütün hadisələri “tək bir an” içərisində yaratmasıdır. Bu da Allah Qatında kainatın yaradıldığı andan qiyamətə qədər olan hər hadisənin yaşanmış və bitmiş olması deməkdir. İnsanların bir çoxu Allahın hələ yaşanmamış hadisələri əvvəlcədən necə bildiyini, Allah Qatından keçmiş və gələcək bütün hadisələrin necə yaşanıb bitdiyini və qədərin gerçəkliyini heç cür qavraya bilmirlər. Əslində isə “yaşanmamış hadisələr” bizim nöqteyi-nəzərimizdən yaşanmamış hadisələrdir.

“KEÇMİŞ” ANLAYIŞI HAFİZƏMİZDƏKİ MƏLUMATLARA GÖRƏ ƏMƏLƏ GƏLİR

Biz bizə verilən təlqinə görə keçmiş, hal-hazırkı an və gələcək kimi hissələrə ayrılmış zaman kəsiklərini yaşadığımızı zənn edirik. Əslində isə “keçmiş” anlayışına malik olmağımızın tək səbəbi, daha əvvəl də bildirdiyimiz kimi, hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbin birinci sinfinə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz bu səbəbdən bunu keçmiş hadisə kimi qavrayırıq. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə biz hələ xəbərdar olmadığımız bu hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində keçmiş necə bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görünmüş hadisələrdirsə, gələcəkdə eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilə bilmərik.

KEÇMİŞ VƏ GƏLƏCƏK QEYB XƏBƏRİDİR

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir:

De: “Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!” (Zümər surəsi, 46)

De: “Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cumuə surəsi, 8)

(Allah): “Ey Adəm, bunların adlarını onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində - aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” - buyurdu. (Bəqərə surəsi, 33)

QƏDƏRƏ TƏSLİMİYYƏTİN ƏHƏMİYYƏTİ

Keçmiş və gələcəyin əslində Allah Qatında yaradılmış və yaşanmış şəkildə gizli və hazır hadisələr olması bizə çox vacib həqiqəti göstərir: hər insan qeyd-şərtsiz qədərinə təslim olmuşdur. İnsan necə keçmişini dəyişdirə bilmirsə, gələcəyini də dəyişdirə bilməz. Çünki keçmişi kimi gələcəyi də yaşanmışdır; gələcəyindəki bütün hadisələr, nə zaman, harada, nə yemək yeyəcəyi, necə, harada öləcəyi-hamısı məlumdur və bunları dəyişdirə bilməz. Çünki bunlar onsuz da Allah Qatında, Allahın hafizəsində yaşanmış şəkildə mövcuddur. Sadəcə bunların məlumatı hələ onun hafizəsində deyil.

Ona görə başlarına gələn hadisələrə kədərlənən, əsəbləşən, qışqıranlar, gələcəyi üçün narahat olanlar, hirslənənlər əslində özlərini boş yerə üzürlər. Çünki necə olacağından qayğı və qorxu duyduqları gələcəkləri onsuz da yaşanmışdır və nə etsələr də, bunları dəyişdirmə imkanları yoxdur. Burada bir cəhətə diqqət edilməlidir: yanlış qədər anlayışından qaçmaq lazımdır. Bəzi insanlar “onsuzda qədərimdə nə varsa, o da olacaq, elə isə mənim nəsə etməyimə ehtiyac yoxdur.” deyərək səhv qədər anlayışı əmələ gətirirlər. Hər yaşadığımızın qədərimizdə müəyyən edildiyi həqiqətdir. Biz hələ o hadisəni yaşamazdan əvvəl o hadisə Allah Qatında yaşanmışdır və məlumatı da bütün detalları ilə Allah Qatındakı Lövhi-Məhfuz adlı kitabda yazılmışdır.

powered by Blogger | WordPress by Newwpthemes | Converted by BloggerTheme