Maddənin ardındakı sirr mövzusu bəzi şəxslərin etirazlarına səbəb olmuşdur. Sözügedən şəxslər bu mövzunun əsasını səhv anladıqları üçün bu mövzunun vəhdəti-vücud təlimi ilə eyni olduğunu iddia edirlər. Əvvəla, qeyd etmək lazımdır ki, bu əsərlərin müəllifi əhli-sünnət inancına sıx bağlıdır və vəhdəti-vücud təliminin tərəfdarı deyil. Bundan əlavə, unutmaq olmaz ki, vəhdəti-vücud təlimi Muhyiddin İbn Arabi kimi çox böyük İslam alimləri tərəfindən müdafiə edilmişdir.
Vəhdəti-vücud düşüncəsini izah edən bir çox məşhur İslam aliminin keçmişdə bu kitablarda verilən bəzi mövzuları düşünərək izah etdikləri doğrudur. Ancaq bu əsərlərdə bəhs edilənlər vəhdəti-vücud düşüncəsi ilə eyni deyildir.
Yaşadığımız dünyaya aid hər cür məlumatı və bildiyimiz hər şeyi duyğu orqanlarımız vasitəsilə öyrənirik. Duyğu orqanlarımız vasitəsilə bizə çatan məlumatlar ardıcıl proseslər nəticəsində elektrik siqnallarına çevrilir və bu siqnallar beynimizin lazımi nöqtələrində şərh edilir. Beynimizin bu şərhi nəticəsində biz məsələn, bir kitab görürük, çiyələyin dadını alır, cökə ağaclarını qoxulayır, ipək parçaya toxunur və ya küləklə yellənən yarpaqların xışıltısını eşidirik.
Aldığımız təlqinlə hər zaman bədənimizin xaricindəki parçaya toxunduğumuzu, bizdən 30 sm-lik məsafədəki kitabı oxuduğumuzu, metrlərlə uzaqlıqdakı cökə ağaclarının qoxusunu aldığımızı, çox yüksəkliklərdəki yarpaqların xışıltısını eşitdiyimizi zənn edirik. Əslində isə bu sadaladıqlarımızın hamısı bizim içimizdə baş verən hadisələrdir. Kitabın görüntüsündən yarpaqların xışıltısına qədər hər şey içimizdə, beynimizdə əmələ gəlir. Burada daha təəccüblü həqiqətlə də qarşılaşırıq: beynimizdə əslində nə rənglər, nə səslər, nə də görüntülər var. Beynimizdə ancaq elektrik siqnalları var. Bu fəlsəfi düşüncə deyil, duyğularımızın funksiyası ilə bağlı elmi izahdır. “Zehnin xəritəsini çıxarmaq” adlı kitabında yazıçı Rita Karter dünyanı necə qavradığımızı belə açıqlayır:
Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə baş aşağı və iki ölçülü görüntü salır. Torlu qişadakı çöpcüklər və kolbacıqlar bəzi kimyəvi proseslərdən sonra bu görüntünü elektrik siqnalına çevirirlər. Bu elektrik axınları göz sinirləri vasitəsilə beynin arxa tərəfindəki görmə mərkəzinə ötürülür. Beyin isə gələn bu siqnalı aydın və üç ölçülü görüntülərə çevirir. Məsələn, biz parkda oynayan uşaqları seyr etdikdə bu uşaqları və parkı gözlərimizlə görmürük, çünki bu mənzərəyə aid görüntü gözümüzün önündə deyil, beynimizin arxa tərəfində əmələ gəlir. Burada çox səthi şəkildə izah etdiyimiz görmə prosesi əslində çox mürəkkəbdir. İşıq şuaları bir anda və qüsursuz şəkildə elektrik siqnallarına çevrilir və sonra bu elektrik siqnalları üç ölçülü, rəngarəng, parlaq dünya şəklində bizə görünür. “Göz və beyin” kitabının müəllifi R.L.Qreqori bunun fərqinə varmış şəxslərdən biri kimi görmə sistemindəki möhtəşəm quruluşu belə ifadə edir:
Nəzərdən qaçırılmamalı vacib cəhət də var: beynin içində işıq yoxdur. Yəni, beynin yerləşdiyi yer qapqaranlıqdır, ona görə də beynin işığın özü ilə təmasda olması əsla mümkün deyil. Ancaq siz möcüzəvi şəkildə bu zülmət qaranlıqda işıqlı, parlaq dünyanı seyr edirsiniz. Rəngarəng təbiət, parlaq mənzərə, yaşılın hər çaları, meyvələrin rəngləri, çiçəklərin naxışları, günəşin parıltısı, küçədəki bütün insanlar, yolda sürətlə şütüyən maşınlar, ticarət mərkəzindəki yüzlərlə növ geyim də daxil olmaqla hər şey bu zülmət qaranlıq yerdə əmələ gəlir.
Görmə hadisəsinin necə baş verdiyini izah edərkən daima xaricdən gələn işığın gözümüzdəki hüceyrələri hərəkətə gətirdiyini və bu hərəkətlənmənin görüntünün əmələ gəlməsinə səbəb olduğunu bildirdik. Ancaq burada vurğulanmalı çox vacib bir cəhət də var. Əslində beynimizin xaricində bizə məlum olan işıq yoxdur. Bizim bildiyimiz, tanıdığımız işıq yenə bizim beynimizdə əmələ gəlir. Xarici dünyada, yəni beynimizin xaricində işıq kimi bildiyimiz şey elektromaqnit dalğalar və fotonlardır (fotonlar zərrəcik halında olan enerjidir). Bu elektromaqnit dalğalar və ya fotonlar tor qişanı oyandırdıqda bizə məlum olan “işıq” əmələ gəlir. Fizika kitablarında işığın bu xüsusiyyəti belə ifadə edilir:
Biz doğulduğumuz andan etibarən ətrafımızda rəngli dünya görür, rəngarəng mühitlə təmasda oluruq. Əslində isə kainatda heç bir rəng yoxdur. Rənglər beynimizin içində əmələ gəlir. Xaricdə sadəcə fərqli dalğa uzunluqlarına malik elektrik dalğaları var. Gözümüzə çatan bu fərqli dalğa uzunluqlarındakı enerjidir.
Yuxarıda da bildirildiyi kimi biz buna işıq deyirik, ancaq bu, bizim bildiyimiz mənada parlaq, aydın işıq deyil, sadəcə enerjidir. Beynimiz bu fərqli dalğa uzunluqlarına malik enerjini şərh etdikdə biz onları “rənglər” kimi görürük. Əslində isə nə dənizlər mavi, nə otlar yaşıl, nə torpaq qəhvəyi, nə də meyvələr rənglidir. Onlar sadəcə beynimizdə o cür qavradığımız üçün elədirlər. Şüur və beyin haqqında yazdığı kitabları ilə Daniel C. Dennet bu həqiqəti belə izah edir:
"Ortaq qənaətə əsasən elm, rəngləri fiziki dünyadan ayırmış və əvəzinə sadəcə rəngsiz, fərqli dalğa uzunluqlarındakı elektromaqnit şüaları saxlamışdır."
Eşitmə prosesi də eynilə görmə kimi baş verir. Başqa sözlə, xarici aləmə aid görüntüləri necə beynimizin içində görürüksə, səsləri də beynimizin içində eşidirik. Xarici qulaq ətrafdakı səs dalğalarını qulaq seyvanı ilə toplayaraq qulağa ötürür. Orta qulaq isə qəbul etdiyi səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəmələri səsin gərginliyi və sıxlığına görə elektrik siqnallarına çevirərək beyinə göndərir. Beyində bir neçə mərhələdən sonra siqnallar son mərhələdə işlənərək şərh edilmək üçün eşitmə mərkəzinə göndərilir. Beləliklə, eşitmə prosesi də beyindəki eşitmə mərkəzində həyata keçir.
Bir insandan qoxuları necə hiss etdiyi soruşulsa, çox güman ki, “burnumla” deyəcək. Əslində isə bəzi insanların qəti həqiqət kimi gördükləri bu cavab doğru deyil. Yale Universitetindən nevrologiya professoru olan Gordon Shepherd “Burnumuzla qoxuladığımızı düşünürük, ancaq bu sanki “qulaq mərcəyi ilə eşidirik” demək kimi bir şeydir” sözləri ilə bunun doğru olmadığını açıqlayır.
Qoxu hissimizin funksiyası digər duyğu orqanlarımızın funksiyasına bənzəyir. Əslində burnumuzun xaricdən görünən hissəsinin vəzifəsi sadəcə kanal kimi havadakı qoxu molekullarını içəri qəbul etməkdir. Vanil və ya gül qoxusu kim uçucu molekullar burnun epitel adlanan hissəsindəki titrək tüklərdəki reseptorlara çatır və burada qarşılıqlı əlaqəyə keçir. Qoxu molekullarının epitel bölgəsindəki əlaqəsi beynimizə elektrik siqnalı kimi çatır. Bu elektrik siqnalları isə beynimizdə qoxu kimi şərh edilir.
Dadbilmə hissi də digər duyğu orqanlarına bənzər şəkildə açıqlana bilər. İnsan dilinin ön tərəfində dörd müxtəlif növdə kimyəvi reseptor var, bunlar duzlu, şirin, turş və acı dadlarını hiss edir. Dad reseptorları ardıcıl proseslərdən sonra bu hissləri elektrik siqnallarına çevirir və beyinə yollayır. Bu siqnallar da beyin tərəfindən dad kimi şərh edilirlər. Hər hansı bir tortu, qatığı, limonu və ya sevdiyiniz meyvəni yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyin tərəfindən şərh edilməsidir.
Beyninizdə əmələ gələn tort görüntüsünə beyninizdə əmələ gələn şirin dad əlavə edilir və tort haqqında hər şey sevdiyiniz hala gəlir. Siz iştaha ilə tortu yedikdə aldığınız dad əslində elektrik siqnallarının beyninizdə əmələ gətirdiyi təsirdən başqa bir şey deyil. Beyniniz kənardan gələn oyanmaları necə şərh edirsə, siz ancaq onu bilirsiniz. Xarici aləmdəki cisimlə əsla təmasda ola bilməzsiniz; məsələn, şokoladın özünü görməz, qoxulaya və dada bilməzsiniz.
İnsanların yuxarıda izah edilən həqiqətlərə, yəni görmə, eşitmə, dadbilmə kimi hisslərin hamısının beyində əmələ gəlməsi hissini dərk etməyə mane olan ən əsas amillərdən biri toxunma hissidir. Məsələn, bu kitabı beynində gördüyünü dediyiniz insan diqqətli düşünmədikdə “beynimdə görmürəm, bax, əlimlə toxunuram” deyəcək. “Bu kitabın xarici aləmdə maddi cəhətdən necə olduğunu bilmirik, biz sadəcə kitabın beynimizin içindəki görüntüsünü görə bilirik” dedikdə yenə eyni səthi düşüncəyə malik bir insan “xeyr, bax, əlimlə tuturam və bərkliyini hiss edirəm, deməli, necə olduğunu bilirəm.” deyə cavab verəcəkdir.
Bura qədər izah edilənlərdən açıq şəkildə göründüyü kimi həyatımız boyu yaşadığımız, gördüyümüz, hiss etdiyimiz hər şey beynimizdə meydana gəlir. Məsələn, kresloda oturaraq pəncərədən çölü seyr edən hər hansı bir insan kreslonun bərkliyini, döşəmənin sürüşkənliyini beynində hiss edir. Mətbəxdən gələn qəhvə qoxusu əslində mətbəxdə, yəni uzaqda deyil, beyninin içindədir. Pəncərədən gördüyü dəniz mənzərəsi, quşlar, ağaclar beynində əmələ gələn görüntülərdir. Onu qəhvəyə qonaq edən dostu və qəhvənin gözəl dadı da beynində əmələ gəlir. Qısaca desək, evində oturduğunu və pəncərədən çölü seyr etdiyini zənn edən insan əslində beyninin içindəki ekrandan salonunu, pəncərədən görünən mənzərəni seyr edir. Belə ki, insan beynindəki ekranda seyr etdiyi, mənalı şəkildə cəm edilən hisslərinin bütününə “həyatım” deyir və heç bir zaman beynindən kənara çıxa bilməz.
Avtomobillər, siqnal səsləri, mağazalar, binalar... Bir küçəyə baxdıqda qarşılaşdığınız bu mənzərə sizə çox aydın, çox həqiqi görünür. Ona görə insanların böyük bir qismi gördükləri bu mənzərənin beyinlərində əmələ gəldiyini qavraya bilmirlər, hamısının əslini gördüklərini zənn edərək yanılırlar. Bu mənzərə o qədər mükəmməl şəkildə yaradılmışdır ki, insanın bunun xarici aləmin əsli olmadığını, sadəcə öz zehnində yaşadığı surət olduğunu anlaması mümkün deyil.
Görüntünu bu qədər inandırıcı və təsirli edən şeylər isə məsafə, dərinlik, rəng, kölgə, işıq kimi ünsürlərdir. Bu xam maddələr o qədər qüsursuz şəkildə istifadə edilmişdir ki, beynimizdə üç ölçülü, rəngli və canlı görüntü halına gəlirlər. Sonsuz sayda təfərrüat bu görüntüyə əlavə edildikdə ortaya heç fərqinə varmadan bütün ömür boyu həqiqi zənn edərək içində yaşadığımız, ancaq əslində sadəcə zehnimizdə təmasda olduğumuz dünya çıxar.
İnsanların gördüklərinin beyinlərində bir hiss olduğunu dərk etmələrinə mane olan səbəblərdən biri də bədənlərini də bu görüntünün içində görmələridir. “Mən bu otağın içində olduğuma görə deməli, bu otaq mənim beynimdə əmələ gəlmir” kimi səhv nəticəyə gəlirlər. Onları bu səhv nəticəyə aparan səbəb odur ki, öz bədənlərinin də görüntüsü ilə təmasda olurlar və bunu unudurlar. Ətrafımızda gördüyümüz hər şey necə sadəcə xəyali görüntülərdən ibarətdirsə, öz bədənimiz də eyni şəkildə beynimizin içində əmələ gələn bir xəyali görüntüdür. Məsələn, hal-hazırda oturduğunuz kresloda boynunuzdan aşağıda qalan hissənizi görürsünüz. Bu görüntü də digərləri kimi eyni sistemlə meydana gəlir. Əlinizi ayağınızın üzərinə qoyduqda bu toxunma hissi də beyninizdə əmələ gəlir.Yəni, siz hal-hazırda beyninizdə əmələ gələn bədəninizi görür və bədəninizə toxunduğunuzu beyninizdə hiss edirsiniz.
Yazıçı Rita Carter “Mapping the Mind” adlı kitabında “görmək üçün gözlərə ehtiyac yoxdur” deyərək elm adamları tərəfindən həyata keçirilən çox əhəmiyyətli təcrübəyə yer verir. Təcrübədə görmə qabiliyyyətindən məhrum olan şəxslərə video rəsmləri titrəşmələrə çevirən cihaz birləşdirilmişdir. Bu şəxslərin gözlərinin yanına taxılan kamera isə oyanmaları həmin şəxsin beyninə göndərirdi. Beləliklə, bu şəxs davamlı şəkildə vizual dünyadan siqnalları qəbul edə bilirdi. Xəstələr bir müddət sonra həqiqətən görən insan kimi davranmağa başladılar. Məsələn, cihazlardan birində görüntünü yaxınlaşdırmaq üçün linza vardı. Bu linza xəstəyə xəbər verilmədən işə salındıqda, xəstə görüntü böyüyərək üzərinə gəldiyini gördüyü üçün iki qolu ilə özünü qorumağa çalışmışdır. Bu təcrübədən də göründüyü kimi hisslərimizin əmələ gəlməsi üçün süni şəkildə əmələ gətirilən hisslər də kifayətdir.
İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, siqnalların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu kitabı oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çox insanın olduğu yerdə, təhlükədə görə bilər. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilər. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini həqiqətən təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə ürəyi ağzına gəlir, qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nələr hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə zehnindən kənarda gördüklərinin heç biri yoxdur.